Accessibility links

Şimali Dakotada qaçqınlar ehtiyacı olanlara yardım edir [Video]


Şimali Dakotada qaçqınlar ehtiyacı olanlara yardım edir
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Şimali Dakota ştatı ABŞ-a gələn qaçqınların ən çox yerləşdiyi yerdir. Hər il Farqo kimi böyük şəhərlərə təxminən 400 qaçqın gəlir. Orada onlar yavaş-yavaş şəhərin etnik və mədəni tərkibini dəyişir. Qaçqınlar üçün bu şimal ştatda keçid dövrü asan olmur. Amma nifrətlə üzləşib, onun öhdəsindən gələnlər isə bu bayram mövsümündə ehtiyacı olanlara ümid verir.

Şimali Dakotanın Farqo şəhərində artıq qışdır. Orada yaşayan 16 yaşlı nepallı qaçqın Puca Çetri ilə 18 yaşlı cənubi sudanlı qaçqın Maria Tuya qış üçün hazırlıq edir.

Bu proqram mənə təkcə məktəb və təhsil baxımından yardım etməyib, həm də liderlik bacarıqları ilə təmin edib və özümə inam əldə etməyə kömək edib.
Maria Tuya

Onların daşıdığı ərzaq paketləri ailələrini uzun müddət yeməklə təmin edə billər.

“Soyuducunu açanda, orada seçə biləcəyim çox şey olmur,” Maria Tuya deyir.

Amma onlar topladıqları ərzaqları evlərinə aparımır.

Onlar bu yeməkləri başqalarına verir.

“Biz hər dəfə bu ərzaqları onlara verəndə onlarda ümid yaranır,” Çetri söyləyir.

Bu ərzaq anbarı Farqonun ehtiyacını az da olsa qarşılayır. Bu şəhərin əhalisinin təxminən 15 faizi yoxsulluq səviyyəsindən aşağı yaşayır. Bu təşəbbüs Çetri və Tuya kimi qaçqın tələbələr tərəfindən hazırlanıb, amma Legacy Uşaq Fondu tərəfindən maliyyələşdirilir. Legacy Uşaq Fondu aşağı gəlirli şagirdlərə məktəbdən məzun olmaq üçün lazımı resursları əldə etməyə yardım edən təşkilatdır

İcraçı direktor Meri Cin Dehne deyir ki, təşkilat təkcə qaçqınlar deyil, ehtiyacı olan hər kəsə yardım edir.

“Onlar uyğunlaşmaqda çətinlik çəkir. Onların görünüşləri və danışıqları fərqlidir, fərqli ləhçələri var, müəllimin soruşduğu hər şeyi anlamaqda çətinlik çəkirlər,” o deyir.

“Səninlə eyni sinifdə olan uşaqlardan geri qaldığını görmək çox çətindir. Amma bura mənə çox yardım etdi,” deyə Çetri bildirir.

Legacy-nin inglis dili dərsləri, riyaziyyat təlimləri və nitq terapiyası seansları kimi proqramları sayəsində həm Çutri həm də Tuya uğur əldə edən insanların siyahısına daxil edilir.

“Düzün düsəm, bu proqram olmasa, mən burada olmazdım və heç bilmirəm nə edərdim,” Çutri söyləyir.

Biz sadəcə əlimizdən gələni edib, bir başqasının həyatını yaxşılaşdırmaq istəyirik. Edilən hər kiçik bir yaxşılığın böyük təsirləri ola bilər.
Puya Çetri

“Bu proqram mənə təkcə məktəb və təhsil baxımından yardım etməyib, həm də liderlik bacarıqları ilə təmin edib və özümə inam əldə etməyə kömək edib,” deyə Maria bildirir.

Bu bacarıqlar və özünə inam sayəsində bu şagirdlər evsizlərin sığınacaqlarına isti yemək, isti ədyallar və ümid gətirir.

“Biz sadəcə əlimizdən gələni edib, bir başqasının həyatını yaxşılaşdırmaq istəyirik. Edilən hər kiçik bir yaxşılığın böyük təsirləri ola bilər,” Puya Çetri deyir.

Bu təsirlərdən biri bu bayram mövsümündə Şimali Dakotanın uzun qış gecələrini çətinlik çəklənlər üçün istinləndirməkdir.

XS
SM
MD
LG