Accessibility links

Şimali Karolina sakinləri bərpa işlərinə başlayıb [Video]


Şimali Karolina sakinləri bərpa işlərinə başlayıb
please wait

No media source currently available

0:00 0:01:52 0:00

Florens qasırğasının Amerikanın cənub bölgəsini dağıdıb keçməsindən sonra çay və göllərin hansı səviyyəyə qalxdığını görmək mümkündür. Lakin elektrikin olmaması və hələ də yolların su altında qalmasına baxmayaraq, bu bölgənin ən çox zərər çəkən kiçik şəhərlərində qonşular bir araya gələrək, evlərini bərpa etməyə çalışır.

Sahil qəsəbələrinin bərpası vaxt aparacaq. Lakin Nyu-Bern şəhərinin bərpasına daha çox vaxt lazımdır. Burada qasırğanın qoyduğu izlər silinir.

Bu küçə suyun altında qaldı və Kamilla Villerin geyim mağazası xarabalığa çevrildi. O, dəhşətli qasırğanın onun əlindən hər şeyi aldığını düşünsə də, icmanın dəstəyi onu bu fikrindən yayındırdı. “Bir dəstə insan gəldi, onlar könüllülər idi. Biz çox təsirləndik.”

Lukas Jordan əvvəllər Kamilla Villeri tanımırdı. O, qonşuların biri-birləri üçün bunu etməli olduğunu deyir. “Son bir neçə gün xaos var idi. Mən itkisi çox olanlara yardım etmək istəyirəm.”

Tanış olmayan şəxs belə köməyə gəlir. Köhnə dostlar qasırğa onların öz evlərini dağıtsa da, biri-birlərinə yardım edir. “Onlar dostlar, bir məhəllədə yaşayanlar, mənim icmamdan olan insanlardır və mən buraya yardım etmək üçün gəlmişəm.” deyə, könüllü Ben Çapmen bildirir.

Qasırğa Şimali Karolinanın ən kiçik şəhəri olan Oriyentalı da dağıdıb. Derik Vozel ömrü boyu ailəsi ilə birlkdə bu məhəllədə yaşayıb. Lakin onun evi hazırda tamamilə fərqli görünür. “Ev çox pis vəziyyətdədir. Ağaclar küçəni bağlayıb, işıq dirəkləri yerdədir.”

Küçənin o başında bir ailə evini təmizləməyə çalışır. Darrel Qibs: “Böyük bir ağac evin lap yaxınlığına düşüb, yəni bəxtimiz gətirib”

Onlar şükür edir. “Bu çətin olacaq, lakin biz bunların öhdəsindən gəlməliyik. Hazırda isə bizim bir çıxış yolumuz var – birlikdə olmaq” deyə, Darrel Qibs bildirir.

Bütün bunlar Şimali Karolinanın yenidən bərpası üçün edilir.

XS
SM
MD
LG