Accessibility links

Cənubi Koreya Şimaldan gələn təhdidlərə cavab olaraq raket sınağı keçirib


Cənubi Koreya rəsmiləri onların sözlərinə görə, Pxenyanın son təhriklərinə cavab olaraq, Şimali Koreyada hər hansı hədəfi vura biləcək raketin sınaqdan keçirildiyini bildiriblər.

Prezident Park Qeun-hye şəxsən ölkənin cənub hissəsində keçirilən raket sınağında iştirak edib.

Cənubi Koreya Şimali Koreyada artan nüvə və raket proqramlarına cavab olaraq öz ballistik raket arsenalını genişləndirib.

Şimali Koreya bu yaxınlarda sualtı ballistik raket və uzun mənzilli ballistik raketlərə qarşı texnologiyanı müvəffəqiyyətlə sınaqdan keçirdiyini bildirib.

Bir çox xarici və yerli təhlilçilər bu iddiaların şişirdilməsinə baxmayaraq, Pxenyanın hər iki sahədə mühim inkişaf əldə etdiyini bildirir.

XS
SM
MD
LG