Accessibility links

Şimali Koreya Qış Olimpiyadasının diqqət mərkəzindədir [Video]


Şimali Koreya Qış Olimpiyadasının diqqət mərkəzindədir
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Şimali Koreya Qış Olimpiyadasının diqqət mərkəzindədir

Qış Olimpiya oyunlarının Pxençxan şəhərində keçiriləcək açılış mərasimində Şimali və Cənubi Koreya ölkələri xüsusi bayraq altında birgə iştirak edəcəklər.

Onlar həmçinin qadınların xokkey oyununda da bir komanda olaraq yarışacaqlar.

Hər iki ölkədən olan idmançıların birgə komandasını “gözəllər ordusu” adlı Şimali Koreyanın dəstək qurupu həvəsləndirəcək.

Samjiyon qrupu da daxil olmaqla Şimali Koreyadan gələn sənətkarlar həm Pxençxan, həm də Seul şəhərində keçiriləcək tədbirlərdə çıxış edəcəklər.

Cənubi Koreya prezidenti Moon Cae üçün Koreya Olimpiya əməkdaşlığı Şimali Koreyanın nüvə böhranının sülh yolu ilə həll olunması üçün geniş diplomatik təşəbbüsün bir hissəsidir.

Ancaq eyni zamanda Cənubi Koreyanın müxalifəti Munun Olimpiya öhdəliklərini repressiv Şimali Koreyaya qarşı birtərəfli güzəştə getmək kimi qiymətləndirir.

ABŞ isə öz növbəsində Şimali Koreyanın Olimpiya əməkdaşlığını öz təhdidedici imicini yaxşılaşdırmaq və bununla da beynəlxalq sansksiyalardan yayınmaq cəhdi kimi qiymətləndirir.

Prezidenti Donald Tramp Şimali Koreyanın ABŞ ərazisinə çata biləcək nüvə raketlərinin inkişaf proqramını sonlandırmaq üçün daha sərt siyasi sanksiyalar və mümkün hərbi əməliyyatlar vasitəsi ilə bu ölkəyə maksimum təzyiq göstərməyə çalışır.

Ancaq Kim Conq Un ölkəsinin nüvə proqramının sonlandırması ilə bağlı danışıqlara könülsüz yanaşır.

Olimpiya oyunlarının açılış mərasimindən bir gün əvvəl Şimali Koreyanın sınaqdan keçirilmiş uzunmüddətli raketlərin nümayiş etdirələcəyi kütləvi hərbi parad keçirəcəyi gözlənilir.

Prezident Tramp Olimpiyadalardan sonrakı sülh perspektivləri barədə suala qeyri-müəyən cavab verib.

ABŞ və Cənubi Koreya olimpiyadalar səbəbindən birgə hərbi əməliyyatlarını dayandırıb. Ancaq Koreyalar arası əlaqələrin inkişaf etdirilməsinə dəstək vermək üçün təlimlərin dayandırılması ilə bağlı Şimali Koreyanın tələbinə baxmayaraq, əməliyyatların oyunlardan sonra davam etdiriləcəyi qeyd olunub.

Həmçinin hazırda Vaşinqtonda Şimali Koreyanın növbəti təxribatına cavab olaraq regionda ölümcül bir qarşıdurma yarada biləcək hərbi hücumun başlanması ilə bağlı müzakirələr davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG