Accessibility links

İsveçdəki danışıqlar Tramp-Kim sammitinə yol aça bilər


Şimali Koreya xarici işlər naziri Ri Yonq Ho mərkəzi Stokholmda hökumət binasından çıxarkən. 16 mart, 2018.
Şimali Koreya xarici işlər naziri Ri Yonq Ho mərkəzi Stokholmda hökumət binasından çıxarkən. 16 mart, 2018.

Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho və İsveç Baş Naziri Stefan Lofven Stokholmda qısa görüş keçiriblər. ABŞ-la Şimali Koreya arasında danışıqların gözlənildiyi bir vaxt müşahidəçilər bu görüşü diqqətlə izləyirlər.

Bəzi məlumatlara görə, Skandinaviya ölkəsi mayın sonunda ABŞ və Şimali Koreya liderləri arasında görüşün təşkilində iştirak edir. Digərləri ABŞ-ın Şimali Koreyadakı maraqlarını təmsil edən İsveçin Pxenyan tərəfindən həbsdə saxlanılan 3 ABŞ vətəndaşının azadlığa buraxılması yönümündə danışıqlar apardığını hesab edir.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conq Unun nüvə proqramı barədə danışıqlar dəvətini qəbul edib.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conq Unun nüvə proqramı barədə danışıqlar dəvətini qəbul edib. Ancaq rəsmən Şimali Koreya bu görüşü təsdiqləməyib və onun harada və nə vaxt baş tutacağını açıqlamayıb.

Qarşıdan gələn sammit Vaşinqtonda Cənubi Koreya, Yaponiya və ABŞ-ın yüksək rütbəli diplomatları tərəfindən müzakirə olunur.

Pyeonqçanqda Qış Olimpiya Oyunları zamanı Şimali Koreya liderinin bacısı Kim Yo Conqun Cənubi Koreya rəsmiləri ilə görüşləri stalinist dövlətlə münasibətlərdə dəyişikliyə zəmin yaradıb.
Pyeonqçanqda Qış Olimpiya Oyunları zamanı Şimali Koreya liderinin bacısı Kim Yo Conqun Cənubi Koreya rəsmiləri ilə görüşləri stalinist dövlətlə münasibətlərdə dəyişikliyə zəmin yaradıb.

Cənubi Koreya xarici işlər naziri Kanq Kyunq-va və onun yapon həmkarı Taro Kono cümə günü ABŞ-ın Dövlət Katibi funksiyalarını yerinə yetirən Con Sallivanla görüşürlər.

ABŞ Prezidenti Donald Tramp həftənin əvvəlində Dövlət Katibi Reks Tillersonu vəzifəsindən azad edib. O, bu vəzifəyə hazırkı Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) Direktoru Mayk Pompeonu təyin etmək məramını açıqlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG