Accessibility links

Şimali Koreya Yaponiyanın üzəri ilə raket atdı


Şimali Koreya sübh çağı Yaponiyanın üzərindən raket atıb. Raket ölkə ərazisinin üstü ilə uçduqdan sonra Sakit Okean sularına düşüb.

Pxenyanın bu əməli Yaponiyada fövqəladə xəbərdarlıq sirenasının işə düşməsinə səbəb olub və təcrid olunmuş kommunist diktaturasının hərbi proqramı ilə bağlı diplomatik narahatlıqları artırıb.

Xalqımızı möhkəm qorumaq üçün əlimizdən gələni edəcəyik.
Şinzo Abe, Yaponiya Baş Naziri

Yaponiya, Cənubi Koreya və Amerika hərbi rəsmiləri raket uçuşunun trayektoriyasını nəzərdən keçiriblər. Hələ ki, Şimali Koreyanın atdığı ballistik raketin hansı tipə mənsub olması haqda açıqlama verilmir.

Raket paytaxt Pxenyan yaxınlığından atılıb, və şimali Hokkaydo adasının şərqində sulara düşüb.

Pentaqon rəsmisi Polkovnik Rob Manning raket atışının diqqətlə nəzərdən keçirildiyini deyərək əlavə edib ki, raket Şimali Amerika materikinə təhlükə törətməyib.

Raket uçuş zamanı parçalanaraq üç hissəli şəkildə okeana düşüb.

Raketin Sakit Okean sularına düşdüyü təsdiq olunub.
Raketin Sakit Okean sularına düşdüyü təsdiq olunub.

Yaponiya Baş Naziri Şinzo Abe təcili olaraq fövqəladə iclas keçirərək hökumətinin “xalqı möhkəm qorumaq üçün əlindən gələni edəcəyini” bəyan edib.

Tokyoda rəsmilər raketin səmada vurulması üçün heç bir tədbir görülmədiyini bildiriblər. Eyni zamanda hökumət sözçüsü Yoşihide Suqa insidenti Yaponiya təhlükəsizliyinə “ciddi və ağır təhlükə” kimi dəyərləndirib.

Yaponiya Özünümüdafiə Qüvvələri təlim keçir.
Yaponiya Özünümüdafiə Qüvvələri təlim keçir.

Suqa bəyan edib ki, raket atılması BMT qətnamələrin aydın şəkildə pozulmasıdır, və deyib ki, Yaponiya ABŞ, Cənubi Koreya və digər narahat olan dövlətlərlə yaxından işləyərək bu əmələ cavab verəcək.

Raket Şimali Koreyadan çərşənbə axşamı Yapon Dənizi tərəfə səhər saat 5:58-də atılıb. Tokyo və Seul rəsmilərinin bildirdiyinə görə raket 10 dəqiqə sonra Yaponiyanın üstündən keçib.

XS
SM
MD
LG