Accessibility links

Şimali Koreyada zəlzələnin olduğu bildirilir


Şənbə günü Şimali Koreyanın qonşuları Şimali Koreyada 3,4 bal gücündə zəlzələnin baş verdiyni bildirir.

Cənubi Koreya və Çin zəlzələnin təbii şəkildə baş verib-vermədiyi üzərində razılaşmır. Daha öncə Şimali Koreyada baş verən zəlzələlər nüvə sınaqlarına işarə edib.

Seulun Metereoloji Administrasiyası zəlzələnin təbii baş verdiyini bildirir, Çin isə zəlzələni “şübhəli partlayış” adlandırıb.

Lakin hər ikisi zəlzələnin Şimali Koreyanın sentyabrın 3-də keçirdiyi altıncı və ən güçlü nüvə sınağını keçirdiyi əraziyə yaxın yerdə baş verdiyi üzərində razılaşır.

Hazırda BMT iclası üçün Nyu-Yorkda səfərdə olan Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho cümə axşamı Şimali Koreyanın Sakit Okean üzərində hidrogen bombası sınaqdan keçirəcəyi barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG