Accessibility links

ABŞ müdafiə naziri: Şimali Koreyaya qarşı hərbi ölçü faciəvi ola bilər


ABŞ müdafiə naziri Cim Mattis deyib ki, çox gümandır şimali koreyalılar ən son raket sınağından çox şey öyrəniblər və əlavə edib ki, Şimali Koreyanın raket böhranını hərbi yolla həll etmək cəhdləri faciəvi olacaq.

Cümə günü Pentaqonda müxbirlərin önündə çıxış edən Mattis Şimali Koreyanın bu həftənin əvvəli sınaqdan keçirdiyi raketin kosmosdan atmosferə yenidən “tənzim edilərək” daxil olub-olmadığını deməyi rədd edib.

Bazar ertəsi Pxenyan raketin 2 min kilometr hündürlüyə çatdığını və “böyük, ağır döyüş başlığı daşımağa qadir olduğunu” bildirib.

Raketin kosmosdan Yer kürəsinin atmosferində yenidən girişinə nəzarət etmək imkanını əldə etmək Şimali Koreyanın raket proqramı üçün böyük bir irəliyəiş olar.

Şimali Koreya bzi qonşularını hədəf alacaq və ABŞ-a döyüş başlığı göndərə biləcək qitələtarası balistik raket inkişaf etdirmək istəyini açıq şəkildə dilə gətirir.

“Əgər həlli yolla həll etməyə çalışsaq, bunun inanılmaz dərəcədə faciəvi nəticələri olacaq. Ona görə də biz BMT, Çin, Yaponiya və Cənubi Koreya ilə birlikdə bu vəziyyətdən çıxış yollunu tapmağa çalışırıq”, Mattis deyib və əlavə edib ki, “belə görünür” Çinin Şimali Koreya hökümətinə təzyiqinin “bəzi təsirləri” olur.

Cənubi Koreyanın paytaxtı Seulda 10 milyon insan yaşayır və şəhər Şimali Koreya sərhədindən cəmi 55 kilometr uzaqda yerləşir.

Yarımada üzərində təzyiqlər

Bu arada isə Birləşmiş Ştatlarda Şimali Koreyanın BMT nümayəndəsinin müavini Kim İn Ryonq Koreya yarımadasındakı gərginliyə görə yenidən ABŞ-ı günahlandırıb.

ABŞ-ın raket sınağı müntəzəm fəaliyyətdir

Cümə günü Amerikanın ən yüksək vəzifəli generalı ABŞ-ın bu yaxınlarda beynəlxalq protokollara uyğun olaraq ICMB-lərı sınaqdan keçirdiyini təsdiq edib, amma bunun Şimali Koreya ilə heç bir əlaqəsinin olmadığını və nüvə hücumlarına qarşı təhlükəsiz və etirablı maneəni təmin etmək üçün keçirilən müntəzəm sınaq olduğunu deyib.

XS
SM
MD
LG