Accessibility links

Şimali Koreyada həbs olunan amerikalı tələbə Amerikaya gətirilib


17 aydır Şimali Koreyada tutulan amerikalı tələbə vətəninə geri qaytarılıb.

22 yaşlı Otto Varmbier Şimali Koreyadan gələn təyyarə çərşənbə axşamı Ohayonun Sinsinatti şəhərinə enəndən dərhal sonra xəstəxanaya çatdırılıb. Varmierin valideyinləri oğullarının 1 ildən çoxdur komada olduğunu deyib və onun vətənə geri göndərilməsini tibbi evakuasiya adlandırıb.

Şimali Virciniya Universitetinin tələbəsi olar Varmbieri propaqanda posteri oğurlamağa cəhd etdiyinə görə 15 illik həbs cəzasına məhkum etmişdi.

Varmbierin azadlığa buraxıldığına dair xəbər keçmiş professional basketbol ulduzu Dennis Rodmanın çərşənbə axşamı Şimali Koreyaya səfər etməsinə təsadüf edir. O, bu səfərin ABŞ prezidenti ilə Pxenyan lideriləri arasınsa “qapıları açacağına” ümid edtdiyini deyib.

ABŞ dövlət katibi Reks Tillerson bildirib ki, Dövlət Departamenti Varmbierin tərxisinə prezdient Donald Trampın göstərişi nəticəsində nail olub. Rəsmilər bunun üçün bir sıra diplomatik addımlar atıblar. Buna Dövlət Departamentinin xüsusi nümayəndəsinin Pxenyanın yüksək səviyyəli səfəri daxildir.

Dövlət Departamenti Şimali Koreyada həbsdə olan digər üç amerikalının sərbəst buraxılması üzərində çalışdığını bildirir.

XS
SM
MD
LG