Accessibility links

Şimali Koreyada hərbi parad keçirilib


Şimali Koreya rəqib Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimindən bir gün öncə Pxenyanda hərbi parad keçirib.

Ölkə ordusunun 70-ci ildönümü münasibəti ilə təşkil olunan və Kim İl Sanq Meydanında keçirilən parad və nümayişdə Şimali Koreya lideri Kim Conq Un da iştirak edib.

Şimali Koreya inqilab ordusunun yaranmasının ildönümünə həsr etdiyi paradı cümə günü Pxençxan şəhərində keçiriləcək Olimpiya açılış mərasimindən öncə beyəlxalq diqqəti cəlb etmək məqsədilə aprelin 25-dən fevralın 8-ə keçirib.

Kim Conq Un Pxençxan Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Cənubi Koreyaya böyük nümayəndə heyəti göndərib. Deleqasiyanı onun hakim Fəhlə Partiyasının yüksək səviyyəli üzvü olan bacısı da daxil olmaqla, tək bayraq altında cənubi koreyalı həmkarları ilə çıxış edəcək 22 idmançı təşkil edir.

XS
SM
MD
LG