Accessibility links

Simin Səbri: Güneyli qadınlar onların milli kimliyinin tanınmasını istəyir


Simin Səbri: Güneyli qadınlar olnarın milli kimliyinin tanınmasını istəyir
please wait

No media source currently available

0:00 0:09:51 0:00
Qadınlar İran Azərbaycanında milli hərəkatda hansı rol oynayır? Bu mövzu bu yaxınlarda Türkiyədə keçirilən konfransda geniş müzakirə edilib. Konfransda iştirak edən qadın fəallar arasında Norveçdə yaşayan azərbaycanlı həkim Simin Səbri də olub. Simin Səbri Amerikanın Səsinə Skype vasitəsilə müsahibədə İran Azərbaycanında qadınların durumunu şərh edib.

Simin xanım güneyli qadınların əsas problemlərinin İranda şəriət qanunlarına əsaslanan bir sistemdən qaynaqlandığını bildirib. Onun sözlərinə görə, diktatura rejiminin cəmiyyətdə yaratdığı qorxu hissi qadınların hərəkatda iştirakı qarşısında böyük manelərdən biridir. O, insanlarda qorxu hissinin onları ictimai fəaliyyətdən saxladığını, qadınların təcavüz və təzyiqin müxtəlif formaları ilə qarşılaşdığı bir şəraitdə yaşadığını deyib.

Simin xanım İranda assimilyasiya prosesinin qadın hərəkatının inkişafına təsir göstərdiyini qeyd edib. “Bizim ziyalı və təhsilli xanımlarımız var, onlar yaxşı mövqelər tutur, amma biz onları qadın hərəkatına çəkə bilmirik, çünki onlar İran qadın hərəkatı adı altında fəaliyyət göstərir. Onlar türk milli qrupuna aid olsalar da, assimilyasiya olublar.....bizim milli hüquqlarımız tapdanır və biz yalnız qadınların seksual təzyiqlərdən müdafiəsi məsələsi ilə məşğul ola bilmərik”-deyə Simin Səbri bildirib.

Simin xanım qadınların təhsil aldıqdan sonra cəmiyyətdə mövcud stereotiplərlə qarşılaşdığını və ənənəvi rollarla məhdudlaşdırıldıqlarını da qeyd edib.

Simin Səbri İranda azərbaycanlı qadınların təşkilatının yaradılmasının hələ də problemli məsələ olaraq qaldığını bildirib. “İran qadın hərəkatı dedikdə özəlliklə fars xanımları nəzərdə tutulur, orada fars dilində danışmalısan, oraya fars mədəniyyətini təmsil edən xanımlar gəlir və mən özümü azərbaycanlı türk xanımı kimi göstərsəm, bunun milli məsələ olduğunu deyib məndən onlar kimi davranmağımı istəyərlər”-deyə Simin Səbri bildirib.

Onun sözlərinə görə, İran qadın hərəkatı ölkədə yaşayan bütün milli azlıqlar - Azərbaycan türkləri, bəluclar, ərəblər və kürd qadınlarının təmsil olunduğu bir qurum olmalıdır. Simin Səbri deyib ki, güneyli qadınlar İran qadın təşkilatında milli kimliyi Azərbaycan türkləri kimi qəbul edildiyi halda iştirak etmək istəyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG