Accessibility links

Simin Səbri: Namus cinayətlərinin üstünü örtməyək, səbəblərini araşdıraq [Audio-Müsahibə]


Amerikanın Səsinə müsahibədə bu yaxınlarda Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş verən “namus qətlini” (ailə-məişət zəminində) dəyərləndirən psixiatr və qadın haqları fəalı Simin Səbri bu kimi olayların patriarxal toplumlarda qadının cazibədarlığının nəzarət altına alınması zərurətindən ortaya çıxdığını ifadə edir.

Simin Səbri namus qətllərini şərh edir
please wait

No media source currently available

0:00 0:16:52 0:00

İyunun 18-də bir vətəndaş Xoyun izdihamlı meydanlarının birinin yaxınlığında odlu silahla atəş açaraq universitet tələbəsi olan öz qızını qətlə yetirib. Qərbi Azərbaycan vilayət polis idarəsinin bildirdiyinə görə, qətlin səbəbi qızın bir oğlanla əlaqədə olması olub.

Namus qətli və bu kimi cinayətlərin səbəblərini şərh edən Simin Səbri bunun xüsusilə qadınların kişilərin nəzarəti altında olmasını vacib hesab edən inkişaf etməmiş Şərq toplumlarında baş verdiyini ifadə edir.

Siz fikr etməyin ki, ölən qızın atası bunu edərək bir ruh fərahlığına çatmışdır, indi öz qohum-əqrabası arasında başı dik yaşayacaq. Yox! İnsanlar belə edərək özlərini də qətl edirlər, yox olurlar.
Simin Səbri

“Toplumlarda namus və şərəf kimi dəyərlərə xələl gələndə bunların əksi olan rusvayçılıq, biabırçılıq və utanc kimi durumlar ortaya çıxır. Birinciyə xələl gələndə ikinci hal baş verir. O namusu geri qaytarmaq üçün namus qətli baş verir. Bu xüsusilə inkişaf etməmiş toplumlarda baş verir. Əsasən qadının seksuallığının ataərkil toplumlarda nəzarət altında olması zərurətindən irəli gəlir,” güneyli psixiatr söyləyir.

O, ümumiyyətlə bu cinayətlərin təməlində dini, irqi və ideoloji motivlərin olduğunu önə çəkir.

Xoyda baş verən olaya işarə edən Simin Səbri bu kimi faciəvi hadisələrin qurbanlarının sadəcə qadınlardan ibarət olmadığını vurğulayır:

İnsan haqları fəalları namus qətllərini barbarizmin təzahürü hesab edir.
İnsan haqları fəalları namus qətllərini barbarizmin təzahürü hesab edir.

“Siz fikir etməyin ki, ölən qızın atası bunu edərək bir ruh fərahlığına çatmışdır, indi öz qohum-əqrabası arasında başı dik yaşayacaq. Yox! İnsanlar belə edərək özlərinə də qətl edirlər, yox olurlar.”

Simin Səbri türk fəalların bu növ olaylara kifayət qədər münasibət bildirmədiklərini tənqid edərək belə hadisələrin üstünün örtülməsinin inkişafa yardım etmədiyini qeyd edir.

“Üstünü örtməməliyik. Cəmiyyətimizin inkişafı üçün öz problemlərimizin üzərində fokuslanmalıyıq, içimizdə baş verən qeyri-insani hadisələrə kəsin və uca səslə təpki göstərməliyik. Bu fürsətdə olayların səbəblərini araşdırmalıyıq,” deyə Norveçdə yaşayan güneyli fəal əlavə edir.

XS
SM
MD
LG