Accessibility links

O.J. Simpson yenidən diqqət mərkəzində


Doqquz ildir həbsdə olan ABŞ-ın idman və ekran olduzu O.J. Simpsonun cümə axşamı keçiriləcək məhkəmə dinləmələri onu həbsdən azad edə bilər.

70 yaşlı Simpson ona aid medalları oğurladığını iddia etdiyi iki idman mağazasına silahlı hücuma görə həbs edilmişdi.

Hadisədən sonra Simpson əməllərinə görə üzr istəmişdi. Nevada rəsmilərinin verdiyi məlumata görə, dinləmələrdən bir neçə saat sonra qərar açıqlanacaq.

O.J. Simpson 1995-ci ildə məhkəmədə həyat yoldaşı və onun kişi dostunu öldürdüyü ittihamlarından bəraət aldığına görə insanların qəzəbinə səbəb olmuşdu.

XS
SM
MD
LG