Şənbə günü ABŞ-ın Kaliforniya ştatındakı sinaqoqa silahlı hücum edən şəxs çərşənbə axşamı qətl ittihamı ilə məhkəmə qarşısına çıxarılır.
19 yaşlı Con Ernest qətlə cəhdin 3 maddəsi üzrə ittiham edilir.
ABŞ hüquq-mühafizə orqanları bazar ertəsi bir nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən hücumdan beş dəqiqə əvvəl sosial mediada hücumla bağlı bir neçə dəfə xəbərdarlıq edildiyini, lakin hücumun qarşısını almaq üçün kifayət qədər zamanın və ya detalların olmadığını bildirib.
Con Ernestin valideynləri şok vəziyyətində olduqlarını bildirərək, deyiblər ki, əsrlər boyu yəhudi xalqına qarşı tətbiq edilən zülmün oğullarının da bir hissəsi olması onları kədərləndirir.
Polisin dediyinə görə, hücumçunun silahı hədəfə tuşlansaydı, ölənlərin sayı daha çox olardı.
Polis Con Ernestin hücumu sosial mediada canlı yayımlamaq istədiyini, lakin cihazın da o anda işləmədiyini bildirib.