Accessibility links

İslamçı qrup İsrailin hava hücumları zamanı 4 döyüşçüsünün həlak olduğunu bildirib


Sinay regionunda fəallıq göstərən islamçı qrup İsrailin hava hücumları zamanı 4 döyüşçüsünün həlak olduğunu bildirib.

Cihadçıların veb səhifəsində yayılan bəyanatda deyilir ki, pilotsuz təyyarələrin hücumu ərəb döyüşçülərinin İsraili raket atəşinə tutmağa hazırlaşdığı bir vaxt həyata keçirilib

Ənsar Beyt al-Məqdis qrupunun hücumun İsrail tərəfindən edildiyini necə müəyyən etdiyi bəlli deyil.

İsrail hücum barədə heç bir məlumat verməyib.

Misir rəsmiləri hücumu təsdiq etməsə də, xəbər agentlikləri təhlükəsizlik nümayəndələrinin qeyri-rəsmi şəkildə hücum barədə məlumat verdiklərini bildirib.
XS
SM
MD
LG