Accessibility links

Sincandan olan qazax fəal Bilaşın məhkəməsi Almatıda davam etdiriləcək


Serikjan Bilaş
Serikjan Bilaş

Çinin şimal-qərbindəki Sincan vilayətində etnik qazax və uyğurların düşərgələrdə saxlanması ilə bağlı narahatlıqları üzə çıxan qrupun lideri Serikjan Bilaşın etnik ixtilafları qızışdırmaq ittihamı ilə məhkəməsi başlayıb.

Məhkəmə iyulun 29-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində başlayıb, lakin hakim məhkəmə prosesinin Almatıya keçirilməsi haqda qərar verib. Bu qərar Bilaşın bildirildiyinə görə, ekstremist çıxışlar kimi cinayəti məhz Almatıda törətməsi ilə izah edilib.

Hakim həmçinin Bilaşın ailəsi birlikdə Almatıdakı evində ev dustağı olaraq qalması haqda qərar verib.

Mən Sincanda qazaxlar, uyğurlar və digər türk xalqlarına qarşı soyqırım kimi təsvir edilə biləcək bir məsələni qaldırmışam.
Serikjan Bilaş

Serikjan Bilaş Atajurt Eriktilleri (Ana Vətən Könüllüləri) qrupunun lideridir. O, mart ayından Nur-Sultan şəhərində ev dustağı kimi qalır. Təşkilat hazırda Qazaxıstanda məskunlaşan əslən Sincandan olan etnik qazaxların bir neçə mitinqini təşkil edib.

Bilaş Çin hökumətinin “təlim mərkəzləri” adlandırdığı düşərglərdə saxlanma şəraitini tənqid edib. O, düşərgələrdə törədildiyi iddia edilən vəhşiliklərlə əlaqədar Çin Kommunist Partiyasına qarşı üsyana çağırmaqda ittiham edilib.

​Məhkəmədə fasilə zamanı Bilaş yerli və xarici müxbirlər üçün açıqladığı bəyanatında özünü müqəssir hesab etmədiyini bildirib.

“Mən Sincanda qazaxlar, uyğurlar və digər türk xalqlarına qarşı soyqırım kimi təsvir edilə biləcək bir məsələni qaldırmışam. Yüz minlərlə insan məcburi olaraq təhsil düşərgələri adlandırılan yerlərə aparılır. Orada onlar işgəncə və təhqirlərə məruz qalır” – deyə, o bildirib.

Serikjan Bilaş özü Sincanda anadan olub. Onun rəhbərlik etdiyi Atajurt Eriktilleri təşkilatı Qazaxıstanda 2017-ci ildən qeydiyyatı olmadan fəaliyyət göstərir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG