Accessibility links

Yaponiyanın baş naziri Vaşinqtona gəlib


Yaponiyanın baş naziri Şinzo Abe gələn həftə Donald Trampla Kim Conq Un arasında baş tutacaq tarixi zirvə toplantısı ilə bağlı Yaponiyanın maraqlarını prezident Trampa çatdırmaq üçün Ağ Evi ziyarət edib.

Abe çərşənbə axşamı Vaşinqtonun yaxınlığında yerləşən Merilend ştatının Endryu bazasına gəlib.

Tramp və Abe təxminən iki saatlıq danışıqlar aparıb və birgə mətbuat konfransı keçirib.

Vaşinqtona gəlməzdən öncə Abe jurnalistlərə bildirib ki, onun höküməti Şimali Koreyanın nüvə proqramının məhdudlaşdırılmasında irəliləyiş görmək istəyindədir. O, həmçinin prezident Trampdan Kim Conq Unla 1970 və 1980-ci illərdə Şimali Koreya tərəfindən qaçırılan Yaponiya vətəndaşları məsələsini müzakirə etməsini istəyib.

Sinqapurda baş tutacaq Tramp-Kim zirvə toplantısından öncə Çin və Cənubi Koreya liderləri Kimlə iki dəfə görüşüblər. Şinzo Abe də belə danışıqlara açıq olduğunu bildirsə də, hələlik tərəflər arasında görüş baş tutmayıb.

XS
SM
MD
LG