Accessibility links

Şinzo Abe yenidən baş nazir təyin olunub


Yaponiya parlamentinin aşağı palatası Şinzo Abeni yenidən baş nazir vəzifəsinə seçib.

Onun baş nazir seçilməsi 63 yaşlı Abenin hakim Liberal Demokrat Partiyası ilə koalisiya tərəfdaşı Komeito Partiyasının parlament seçkilərində əsaslı qələbəsindən bir neçə gün sonraya təsadüf edib. Onlar parlamentdəki yerlərin üçdə ikisini təşkil edir. Abenin cabinet üzvlərinin eyni qalacağı gözlənilir.

Abe sentyabar ayında parlamenti ləğv edərək, erkən seçkilərin keçirilməsinə çağırıb. Oktaybrın 22-də əldə etdiyi qələbə Abe üçün dönüş nöqtəsi oldu, çünki ondan bir neçə ay əvvəl onun etimad reytinqi 30 fazi azalmışdı. Buna səbəb Abenin vəzifəsindən istifadə edərən ailə dostlarına yardım etdiyinə dair ittihamlar olub.

Onun qələbəsi Abenin Yaponiyanın müharibədən sonra yazılan və pasifist konstitusiyasını yenidən yazmaq səylərini gücləndirəcək. Konstitusiyada ordunun yalnız özünü müdafiə etmək məqsədilə hərəkət etməsi ilə bağlı məhdudiyyət var.

Bu həmçinin Abenin gələn sentyabr üçüncü dəfə hakim LDP partiyasının lideri seçilməsinə yol aça bilər ki, bununla o, 2021-ci ilədək vəzifədə qala bilər. Bu baş versə, Abe Yaponiya tarixinin ən uzun müddət hakimiyyətdə olan baş naziri olacaq. O ilk dəfə vəzifəsinin icrasına 2012-ci ilin dekabr ayında başlayıb.

XS
SM
MD
LG