Accessibility links

Dünyada 1.9 milyon insan, başqa sözlə ürək-damar xəstələrinin 20 faizi tütündən ölür


Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, dünyada 1.9 milyon insan, başqa sözlə ürək-damar xəstələrinin 20 faizi tütündən vəfat edir.

Yer kürəsində ürək-damar xəstəlikləri ölümlərin birnömrəsli səbəbidir. Hər il dünyada bu xəstəlikdən 17.9 milyon insan həyatını itirir.

Ümumdünya Səhiyyə Təşkilatı siqaret çəkmək və siqaret tüsütüsünü qəbul edənlərin bu ölüm göstəricilərinin 2 milyonunu təşkil etdiyini bildirib.

Təşkilat uzun müddət siqaret çəkib daha sonra atanların ürək xəstəlikləri və ya iflicdən ölüm riskinin yüksək olduğunu deyib.

“Bu, yaxşı bir xəbərdir. Siqareti atanların 50 faizinin bir il ərzində ürək xəstəlikləri riski 50 faiz azalır. Əgər siqareti bu gün atsanız, bunun xeyrini dərhal hiss edəcəksiniz”- deyə, Ümumdünya Səhiyyə Təşkilatının Sağlamlığın Təbliğatı proqramının direktoru Rudiger Kreç Amerikanın Səsinə müsahibəsi zamanı bildirib.

Tütündən əlavə sağlamlıq riski kimi idman etməmək, qeyri-sağlam pəhriz, yüksək qan təzyiqi, piylənmə və köklük göstərilib.

Kreçin dediyinə görə, hazırkı pandemiya səbəbi ilə 400 milyon insan siqareti çəkməyi atıb.

O deyib ki, hökumətlər siqaretdən azad zonalar yaratmaq, siqaretin reklamlarını qadağan etmək və tütün məhsullarının vergilərini artırmaqla insanları bu pis vərdişdən uzaqlaşdıra bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada daşqın ərazilərində xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:11:24 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG