Accessibility links

Avropada 209 milyon nəfər siqaret çəkir


Tütündən istifadə ən vacib ictimai səhiyyə məsələsi olaraq qalmaqdadır. Bu, özünü özəlliklə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunda göstərir. Dünyada ən çox siqaret çəkənlər buradadır – 209 milyon nəfər.

ÜST-nin Avropa bölümü 31 may – Ümumdünya tütünlə mübarizə günündə “Avropada tütündən istifadə 2019” hesabatını açıqlayıb.Hesabatda tütündən istifadənin yayılması, sağlamlığa təsiri, səhiyyə sistemlərinin tədbirləri təhlil olunur. Hesabatda qeyd olunur ki, Avropa regionunda nəfəs yolu, bronxlar, ağ ciyər xərçəngindən hər 10 ölümdən 9-u tütündən istifadə ilə bağlıdır. Başqa sözlə, ağ ciyər xərçənglərinin 80 faizi tütündən istifadənin ləğvi yoluyla aradan qaldırıla bilər.

2018-ci ildə Avropa regionunda qeyri-yoluxucu xəstəliklərdən ölüm hallarının 18 faizinə tütündən istifadə səbəb olub. Yəni siqaretin ləğvi ilə belə ölümlərin demək olar birini önləmək olardı.

Ötən il xərçəngdən ölümlərin 27%-i tütünlə əlaqədar olub.

Hesabatda hazırda Avropa regionundakı qadınların 21%-nin (74 milyon) siqaret çəkdiyi bildirilir və bu, dünya üzrə ən yüksək göstərici sayılır.

Böyüklər və uşaqlar arasında tütündən istifadə yüksək həddə olsa da, azalma tendensiyası müşahidə olunur.

Avropada yaşı 15-dən yuxarı əhalinin 29 faizə yaxını tütün məhsullarından istifadə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG