Accessibility links

Məhkəmə Sirac Kərimlinin şikayətini təmin etməyib


Sirac Kərimli
Sirac Kərimli

İyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi Amnesty International tərəfindən “vicdan məhbusu” elan edilmiş Sirac Kərimlinin narkotik maddənin qanunsuz saxlanması və satışı ittihamı üzrə 6 il azadlıqdan məhrum edilməsi barədə hökmdən şikayətini təmin etməyib.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.

Sirac Kərimli Müsavat Partiyasının fəalı Raqif Kərimlinin oğlu və həmin təşkilatın sədr müavini Fərəc Kərimlinin qardaşıdır. Fərəc Kərimli 6,5 il müddətinə azadlıqdan məhrum edilib. Qardaşlar bir il öncə eyni ittihamla həbs olunublar.

“Amnesty İnternational” təşkilatı Sirac və Fərəc Kərimli qardaşlarını “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG