Accessibility links

Siyamək Seyfi və Meysəm Colani təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb


Siyamək Seyfi

Azərbaycanlı fəal Siyamək Seyfinin noyabrın 18-də axşam radələrində yaşadığı Meşkinşəhr (xiyav) şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilir.

Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, türk fəal Siyamək Seyfi sakin olduğu məhəllədə təhlükəsizlik qüvvələri tərəfindən tutularaq, 11 nömrəli polis qərargahına aparılıb.

Meysəm Colani
Meysəm Colani

Şahidlərin dediyinə görə, Siyamək Seyfi bir gecə polis həbsxanasında saxlanıldıqdan sonra İran vaxtı ilə günorta saat 2-də məhkəməyə götürülüb və oradan Ərdəbil Ettelaat İdarəsinin həbsxanasına köçürülüb.

Ərdəbil şəhərinin sakini olan digər milli fəal Meysəm Colani bazar günü noyabrın 17-də təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılıb və naməlum yerə aparılıb.

Son günlərdə İran hökumətinin yanacaq qiymətlərini artırması İranın müxtəlif şəhərlərində, o cümlədən İran Azərbaycanının şəhərlərində etirazların baş qaldırmasına səbəb olub. Şərqi Azərbaycan və Zəncan vilayətlərində rəsmi qurumların bildirdiyinə görə, noyabrın 16 və 17-də keçirilən etiraz aksiyalarına qatılan təqribən 70 vətəndaş nəzarət altına alınıb.

İran hakimiyyətinin internet xidmətini dayandırması nəticəsində İran Azərbaycanında baş verən hadisələr haqqında məlumat əldə etmək çətinləşib.

XS
SM
MD
LG