Accessibility links

Siyamək Mirzayi yenidən həbs edilib


İran Azərbaycanının siyasi fəal Siyamək Mirzayi Ərdəbildə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

HRA xəbər agentliyinin yaydığı məlumata əsasən, Siyamək Mirzayi evinə gedərkən nəzarət altına alınıb.

2016-cı ilin iyul ayının 13-də Siyamək Mirzayi Muğanın Parsabad şəhərində məhkəmə qərarı göstərilmədən tutulub, Tehranın Evin həbsxanasına köçürülmüşdü. O, "Ölkə təhlükəsizliyini pozmaq məqsədilə qeyri-qanuni qruplara üzv olmaq" ittihamı ilə üç il həbsə və bir il İranın Qain şəhərində sürgün həyatı keçirməyə məhkum edilmişdi.

Mirzayi 2019-cu ilin iyul ayının 28-də üç illik həbs cəzasının bitməsindən bir ay sonra girov müqabilində Evin Həbsxanasından sərbəst buraxılmışdı. Ancaq türk fəal həbsxanada olduğu zaman ona qarşı yeni bir dosye açılıb və sərbəst buraxıldıqdan sonra isə o, birillik sürgün cəzasını çəkmək üçün İranın Cənubi Xorasan vilayətində yerləşən Qain şəhərinə göndərilmişdi.

Siyamək Mirzayinin yeni ittihamı ilə əlaqədar keçirilə məhkəmə iclası, milli fəal sürgündə olduğundan 2019-cu ilin dekabr ayının 2-də Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində keçirilmişdi.

Məhkəmənin sədri İman Əfşari milli fəalı "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı ilə 1 il həbsə məhkum edib və 2 il müddətinə ölkədən çıxmaq və siyasi, ictimai partiyalar və qruplara üzv olmasına qadağa qoymuşdu.

Fevral ayının 26-da Mirzayinin hökmə qarşı şikayəti Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən rədd edilərək, onun həbs cəzasını 10 gün artırılmışdı. Həmin məhkəmənin qərarına görə, siyasi fəalın cəzası 1 il 10 gün həbsə artırıldı. Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi isə bu hökmü qüvvədə saxlamışdı.

Siyamək Mirzayi 2010-cu ildə siyasi fəaliyyətlərindən dolayı magistr dərəcəsində ali təhsildən məhrum edilmişdi.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG