Accessibility links

ABŞ xarici kəşfiyyat siyasətini dəyişməlidir


ABŞ xarici kəşfiyyat siyasətini dəyişməlidir
please wait

No media source currently available

0:00 0:02:49 0:00
Almaniya kansleri Angela Merkelin Amerikanın Milli Təhlükəsizlik Agentliyi tərəfindən izlənməsinə dair iddialar Amerika və xaricdə qəzəblərə səbəb olub.

Məlumat sızması MTA-nin sabiq kontraktoru Edvard Snoudenlə bağlıdır. Avropa qanunvericiləri ABŞ Konqresindən yeni siyasət tələb edib. Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Elmar Frok etibarın zədələndiyini deyib.

Bu yaxınlarda ABŞ prezidenti Barak Obama televiziya müsahibəsi zamanı məsələyə toxunmuşdu. "Son bir neçə il ərzində onların texniki imkanları genişlənib. Bu o demək deyil ki, onlar istədiklərini edə bilərlər. Ona görə də mən siyasətin nəzərdən keçirilməsinə göstəriş vermişəm."

Ağ Evin sözçüsü Cey Karni bildirib ki, yeni siyasətin nəzərdən keçirilməsi ilin sonunda başa çatacaq. "Bizim məqsədimiz bacardığımız üçün kəşfiyyat məlumatı toplamaq deyil, buna ehtiyac olduğu üçün biz məlumat toplayırıq. "

Eyni zamanda hər iki-Respublikaçı və Demokrat partiyalarından qanunvericilər MTA-nın xaricdə telefon və email izləmələrinə son qoyulmasını istəyir. Onlardan biri demokrat nümayəndə Yan Şakovskidir. “Mənbələr, metodlar…. hər şeyi başa düşürəm. Lakin biz kəşfiyyat komitəsi kimi bundan xəbərdar deyildik. İndi bizim hamımız beynəlxalq əlaqələrimizdə problemlə üzləşmişik. Bu, dəyişməlidir."

Amerikanın Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klapperin dediyinə görə,ABŞ illərdir ki, müttəfiq ölkələrin liderlərini izləyir. O, bunu labüd adlandırır. "Kəşfiyyat perspektivindən onlar bizi mühüm məlumatla təchiz edir. Biz bilməliyik ki, bu ölkələr nə edir, siyasətləri nədir və onların başqa məsələlərə təsiri necə olacaq."

Federal Təhqiqat Bürosunun sabiq direktoru Pol Tiao mübahisələrin MTA-nin işini ağırlaşdırdığını deyir. "Agentlik qarşısında böyük əngəllər yaranıb. Həm reputasiya, həm də etibar baxımından. Siyasət məsələsi yeni direktorun həll edəcəyi bir məsələdir. Bu, MTA-nin kəşfiyyat məlumatları toplamaq missiyasının təbiətini dəyişəcək."

Yeni qanuvericilik layihəsinə görə, MTA yalnız terrorizmdə şübhələnilən xaricilərin telefon söhbətləri və yazışmalarını izləyə biləcək.
XS
SM
MD
LG