Accessibility links

Müxalifət mitinq keçirdi [Video & Fotolar]


Müxalifət mitinq keçirir
Müxalifət mitinq keçirir

Mitinqdə növbədənkənar prezident seçkiləri tənqid edilib

Müxalifət mitinq keçirib
please wait

No media source currently available

0:00 0:07:53 0:00

Müsavat Partiyasının başqanı Arif Hacılı aksiya iştirakçılarına Türkiyədə müalicə alan Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin salamlarını çatdırıb.

“lham Əliyev deyir ki, Azərbaycan cəmiyyəti demokratiyaya hazır deyil, biz demokratiyaya şərait yaratsaq, radikal dindarlar hakimiyyətə gələ bilər, Azərbaycan Suriyaya, Əfqanıstana çevrilə bilər. Bu belə deyil, Azərbaycan demokratiyaya hazırdır, layiqdir. Müsavat Partiyası hələ 100 il əvvəl xalqla birgə burada Xalq Cümhuriyyət qurub. Bu xalq 100 il əvvəl öz rəhbərlərini özü seçib, dünyaya nümunə göstərib”, A.Hacılı bildirib.

A.Hacılı AXC-Müsavat hakimiyyəti dövrünə rekskurs edib, 1993-cü ildə Azərbaycan hakimiyyətinin Qarabağda qələbənin bir addımlığında olduğunu vurğulayıb.

“Ancaq 1993-cü ildə, Yeni Azərbaycan Partiyasının qurtuluş kimi qeyd etdiyi 15 iyunundan sonra Azərbaycanın 6 rayonu işgal olunub. “, deyən A.Hacılı demokratik, azad cəmiyyət qurmaq istədiklərini vurğulayıb.

“Məqsədimiz “onlar getsin, biz gələk” deyil, bizim məqsədimiz azad, demokratik cəmiyyətin qurulmasıdır”, o,deyib.

***

Milli Şuranın lideri Cəmil Həsənli hakimiyyətin antixalq xarakterinin əsas əlaməti kimi korrupsiyanı qeyd edib. "Əraziləri işğal edilmiş ölkədə milyardlar offşor zonalara gedir. Hakimiyyət bununla məşğuldursa, onların işğal edilmiş ərazilərin azad edilməsi haqqında düşünməsini gözləmək olar? Əlbəttə ki, yox", deyə o bildirib.

Daha sonra o qeyd edib ki, bu, müxalifətin hakim rejimin hakimiyyəti qəsb etməsinə qarşı son mitinqi deyil. "Biz azad seçkilər uğrunda mübarizəni davam etdiririk, mitinqlərimiz davam edəcək", deyə o bildirib.

Daha sonra Müsavat Partiyasının başçısı Arif Hacılı öz çıxışında qeyd edib ki, onun partiyası da növbədənkənar seçkilərə qarşıdır, çünki seçkilər xalqın öz iradəsini azad şəkildə ifadə etməsi demək deyil. "Ölkədə ədalətli siyasi rəqabət şəraiti yoxdur, seçki komissiyaları hakimiyyətin nəzarəti altındadır, məhz bu komissiyalar əvvəlki seçkiləri saxtalaşdırıb", deyə o bildirib.

Milli Şura üzvü Gültəkin Hacıbəyli hakimiyyəti pensiyaçıların və aztəminatlı vətəndaşların hüquqlarını pozmaqda ittiham edib. Korrupsiyadan və hakimiyyətin düşüncəsiz iqtisadi siyasətindən ən çox əhalinin bu təbəqələri əziyyət çəkir.

Hakimiyyət bütün narazı olanları ölkənin düşməni elan edir və repressiyaya məruz qoyur. Ölkədə siyasi məhbuslar ordusu məhz belə yaranıb, deyə o qeyd edib.

Digər çıxış edənlər siyasi məhbusları azad etmək, siyasi məhbusların qohumlarının təqibinə don qoymaq və hakimiyyətin satqın, casus və xarici dövlətlərin beşinci kolonu kimi qələmə verdiyi müxalifətə qara yaxmağa son qoymaq tələblərini dilə gətiriblər.

Təşkilatçıların sözlərinə görə, mitinqdə on min nəfər iştirak edib.

Mitinq zamanı və aksiya başa çatarkən polislə ciddi qarşıdurmalar olmayıb. -

***

Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı çıxışında Azərbaycan prezidentinin növbədənkənar seçkilər təyin etməsinə toxunub.

"Müxalifətin birgə mitinqinin əsas səbəblərindən biri də ölkə rəhbəri tərəfindən ogurluq, xalqdan xəbərsiz seçki qərarı verilməsidir. Bu sekilərin xalqdan xəbərsiz olduğunu dünyaya çatdırmaq üçün burdayıq. Biz bu seçkinin durdurulmasını tələb edirik. Niyə? 100 il bundan əvvəl müsavatçı babalarımız Azərbaycan Cumhuriyyəti quranda Ermənistan Azərbaycanın arxasınca sürünürdü. İndi isə Ermənistanda parlementli respublika qurulması ərəfəsində Azərbaycan hakimiyyəti məsuliyyətsiz qərarlar verməklə öz ömrünü növbəti dəfə uzatmaq istəyir".

***

Mitinqdə çıxış edən Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hakimiyyətin mitinqi istənilən yolla pozmağa cəhd etdiyini bildirib.

“Təkcə AXCP üzvlərindən 8 nəfər inzibati qaydada həbs olunub, onların üçü mitinq komitəsinin üzvləridir”, deyə o qeyd edib. Bundan başqa, Müsavat Partiyasının üzvləri də təzyiq və həbslərə məruz qalıb, deyə Kərimli əlavə edib.

AXCP lideri İlham Əliyev hökumətini 15 illik hakimiyyəti dövründə ölkənin bir problemini belə həll edə bilməməkdə ittiham edib. “Onlar yalnız təbii sərvətlər və insan resursları ilə zəngin ölkədə yoxsulluğun artmasına şərait yaradıblar. Bütün bunlar ölçüsüz korrupsiya və sıravi vətəndaşların hüquqlarının pozulması ilə əlaqədar baş verib, biz də məhz bütün bunlara etiraz edirik”, deyə Kərimli qeyd edib.

Müxalifət mitinq keçirir
Müxalifət mitinq keçirir

Çıxışının sonunda o, hakimiyyəti xalqdan talan etdiklərindən istifadə etməyə müvəffəq olmayan digər diktatorların acı təcrübəsini nəzərə almağa çağırıb. “Qərb banklarında yığdığı 16 mlrd. dollar Qəddafinin rifahına və təhlükəsizliyinə zəmanət verə bilmədi. Qoy hakimiyyətimiz tarixin bu dərslərini nəzərə alsın”, deyə Kərimli sözünü tamamlayıb.

***

Amerikanın Səsinin müxbirinin mitinqdən verdiyi məlumata görə işıqlar sönüb. Mikrofon işləmir. Müxalifətçilər hökuməti mitinqə maneçilik törətməkdə günahlandırırlar.

***

Mitinqçilər meydana toplaşıb.

Müxalifət liderləri artıq mitinqə gəlməyə başlayıb. İlk olaraq AXCP sədri Əli Kərimli gəlib.

***

Müxalifət mitinq keçirir
please wait

No media source currently available

0:00 0:01:07 0:00

***

Martın 10-da Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyası birgə mitinq keçirir.

Etiraz aksiyasının «Monarxiyaya son», «Siyasi məhbuslara azadlıq», «Korrupsiyaya son», «Bahalaşmaya etiraz edirik» və başqa bu kimi şüarlarla keçirilməsi nəzərdə tutulur.

Mitinq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb.

Mitinqin təşkilatçıları martın 9-da Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) də olublar. Onlarla mitinqin təşkili ilə bağlı söhbət aparılıb.

Bu mitinqdən əvvəl isə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirmişdi ki, O, da daxil olmaqla partiyanın 20-dən çox fəalı polisə çağırılaraq hədələnib.

O, sonradan yenidən Bakı Baş Polis İdarəsinə aparıldığını bildirdi. Bu dafə isə ona hər hansı təzyiq olmadığını açıqladı.

Gülağa Aslanlının deməsinə görə, Bakı polisində ona deyiblər ki, əslində bəzi şəxslərin polisə çağırılması heç də mitinqlə bağlı olmayıb.

Bakı Şəhər Baş Polis İdarəsin rəis müavini Səhlab Bağırov da mətbuata açıqlamasında bəyan edib aksiyada əvvəlcədən elan edilən şüarlardan əlavə şuarların səsləndirilməsi yolverilməzdir.

Müxalifət Korrupsiyaya son deyir !
please wait

No media source currently available

0:00 0:00:25 0:00

Müxalifət mitinq keçirir
please wait

No media source currently available

0:00 0:00:59 0:00

XS
SM
MD
LG