Accessibility links

AŞPA sədri Azərbaycana gəlir


AŞPA sədri Anna Brassor
AŞPA sədri Anna Brassor

Səfərin məqsədi mayın 23-də AŞPA-nın Bakıda keçiriləcək Daimi Komitəsinin iclasında iştirak etməkdir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Anna Brassor (Anne Brasseur) mayın 22-də Azərbaycana səfər edəcək.

AŞPA-nın mətbuat katibliyinin məlumatına görə səfərin məqsədi mayın 23-də AŞPA-nın Bakıda keçiriləcək Daimi Komitəsinin iclasında iştirak etməkdir.

AŞPA sədri mayın 22-də prezident Ilham Əliyev, baş nazir, xarici işlər naziri və Milli Məclisin sədri ilə görüşəcək.

Xanım Brassor mayın 23-də jurnalistlər üçün mətbuat konfransı da keçirəcək.
XS
SM
MD
LG