Accessibility links

Riçard Morninqstar: `Mənim məqsədim daxili məsələlərə qarışmaq deyildi`


واقعے کی اطلاع ملتے ہی کوئیک رسپانس فورس نے موقع پر پہنچ کر حملہ آوروں کے خلاف کارروائی شروع کی۔
واقعے کی اطلاع ملتے ہی کوئیک رسپانس فورس نے موقع پر پہنچ کر حملہ آوروں کے خلاف کارروائی شروع کی۔
"Mənim məqsədim daxili məsələlərə qarışmaq deyildi. Verdiyim müsahibəyə olan şərhləri oxudum. Çox sayda insan mənim dediklərimlə razılaşdı, çoxları isə razılaşmadı".

Trend agentliyinin məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bəzi Azərbaycan siyasətçilərinin onun "Azadlıq" radiosuna verdiyi müsahibəsinə sərt reaksiyasını şərh edərkən deyib.

Səfir bildirib ki, hər bir şəxsin öz fikirlərini bildirmək hüququ var: "Mənimlə razılaşa da bilərlər, razılaşmaya da. Hamı öz fikirlərini bölüşə bilər".

R.Morninqstarın sözlərinə görə, onun əsas məqsədi balanslı bir mövqe saxlamaqdır, fikirlərini balanslı şəkildə çatdırmaqdır: "Əgər müsahibənin nəticəsi olaraq dövlət rəsmiləri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında xoşniyyətli hansısa bir müzakirə keçirilsə, bu, müsbət hal olardı. Müzakirələr və debatlar cəmiyyətin bir hissəsidir".

Səfir qeyd edib ki, ötən 20 il ərzində Azərbaycanda böyük bir irəliləyiş var: "Ümid edirəm ki, gələcək 20 il ərzində daha böyük irəliləyiş olacaq".
XS
SM
MD
LG