Accessibility links

Leyla Yunus: Hökumətə çox ciddi müqavimət göstərmək lazımdır [Audio-müsahibə]


Leyla Yunus
Leyla Yunus

Repressiyalara Müqavimət Mərkəzinin ilk qapalı işçi iclası keçirilib.

Sülh və Demokratiya İnstitutunun nəzdində təsis edilmiş Repressiyalara Müqavimət Mərkəzinin (RMM) ilk işçi iclası keçirilib.

Vətəndaş cəmiyyəti fəallarının, siyasi məhbusların ailələrinin və keçmiş siyasi məhbusların iştirakı ilə keçirilən iclas mətbuat üçün qapalı olub.
Leyla Yunusla müsahibə
please wait

No media source currently available

0:00 0:04:01 0:00
Direct link

Leyla Yunusun Amerikanın Səsinə müsahibəsində bildirib ki,
mərkəzin əsas məqsədi insanlara "qanunu xahiş yox tələb etməyin lazım olduğunu" göstərməkdir. Əsas istiqamət həm də siyasi məhbusların azad edilməsi, vətəndaşların siyasi səbəblərdən təqibinə son qoyulması uğrunda mübarizədən ibarət olacaq. Mərkəzin tərkibi və üzvlərinin adları açıqlanmayacaq.

"İiqtidar qırmızı xətti keçib vətəndaşlara qarşı çox amansız repressiyalar aparır. Deməli bu hökumətə çox ciddi müqavimət göstərmək lazımdır".

Onun sözlərinə görə mərkəz fəaliyyətində keçmiş SSRİ-nin hüquq müdafiəsi üzrə dissident qurumlarının iş metodlarından istifadə edəcək. "Sovet dövründə “Milli azlıqlar Sovet rejiminə qarşı” adlı hərəkat var idi. Mən o hərəkatın üzvü idim. Görürdüm ki, o hərəkat Sovet rejiminə qarşı necə gözəl iş aparır. Həmin hərəkatın rəhbərlərindən yalnız 8-10 nəfərin adını bilirdim. Məsələn Krım tatarlarının indiki lideri Mustafa Cəmil də o zaman bizimlə hərəkatda birləşirdi. Ancaq mən onunla bir dəfə belə görüşməmişəm", o qeyd edib.

Yunus hərəkatın qələbəsinə inanır. "Müqaviməti qanun çərçivəsində quracağıq. Hər bir tədbir, məktub, iclas qanun daxilində baş verəcək. Biz 100 faiz qalib gələcəyik".
XS
SM
MD
LG