Accessibility links

Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib


Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı
Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir

Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Mübariz Qurbanlı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.

Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu il noyabrın 7-də yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.

XS
SM
MD
LG