Accessibility links

Azərbaycan Abxaziyada keçirilən seçkiləri tanımır


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bildirir

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziyada 24 avqust 2014-cü ildə keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bildirir.

Avqustun 24-də tanınmamış Abxaziya respublikasında prezident seçkisi keçilib.

Abxaziya 1993-cü ildə Gürcüstandan ayrıldığını elan edib. Rusiya onun müstəqilliyini tanıyıb.

BMT-nin Baş Assambleyası Abxaziyanı Gürcüstanın bir hissəsi kimi tanıyır.

XS
SM
MD
LG