Accessibility links

Uelsdə Azərbaycan və Ermənistan prezidentləri görüşə bilər


NATO sammiti - Azərbaycan prezidenti İlham Əliyev
NATO sammiti - Azərbaycan prezidenti İlham Əliyev

NATO-ya üzv və qeyri-üzv ölkələrin dövlət başçılarının iki günlük sammiti bu gün Uelsdə açılacaq

Prezident İlham Əliyev NATO-nun sammitində iştirak etmək üçün sentyabrın 3-də Böyük Britaniyaya işgüzar səfərə gedib.

NATO-ya üzv və qeyri-üzv ölkələrin dövlət başçılarının ikigünlük sammiti bu gün Uelsdə açılacaq.

Sammitin gündəliyinin əsas mövzuları Ukraynada baş verən hadisələr, Yaxın Şərqdə və Şimali Afrikada artmaqda davam edən ekstremizm və məzhəb qarşıdurmalarıdır.

Sammit Əfqanıstana dair iclasın keçirilməsi ilə başlayacaq. Belə ki, NATO bu il Əfqanıstanda hərbi missiyasını başa çatdırır.

Dövlət başçıları ISAF missiyasının əldə etdiyi nailiyyətləri və NATO-nun 2014-cü ildən sonra da Əfqanıstana dəstəyini müzakirə edəcəklər.

Uelsdə NATO Sammiti zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də gözlənilir.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bir neçə gün öncə Turana müsahibəsində prezidentlərin görüşünün gözlənildiyini bildirib.

Onun sözlərinə görə görüş ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə keçiriləcək.

Ceyms Uorlik avqustun 3-də “Twitter” səfhəsində yazıb ki, NATO sammitində iştirak etmək üçün Uelsə yola düşüb.

Artıq Ermənistan prezidenti də Uelsə yola düşüb.

XS
SM
MD
LG