Accessibility links

Bakıda "Şərq Tərəfdaşlığı" ölkələrinin Xarici İşlər Nazirlərinin rəhbərləri görüşəcək


"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN rəhbərləri Bakıda görüşəcək
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN rəhbərləri Bakıda görüşəcək

Ermənistan nümayəndə heyətinin Bakıya gəlib-gəlmədiyi açıqlanmır

Sentyabrın 9-da Bakıda Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin növbəti 4-cü qeyri-rəsmi görüşü keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə əsas məqsəd Aİ-nin Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş Vilnüs sammitindən sonra əldə olunmuş nailiyyətlər və gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələrin aparılmasıdır.

Görüşdə Aİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Helqa Şmid iştirak edəcəklər.

Qeyd edək ki, Şərq Tərəfdaşlığı proqramı altı ölkəni Azərbaycan, Moldova, Ukrayna, Belarus, Gürcüstan və Ermənistanı əhatə edir. Proqram bu ölkələrlə Aİ arasında iqtisadi və siyasi əlaqələrin möhkəmləndirilməsini nəzərdə tutur. Ermənistan nümayəndə heyətinin Bakıya gəlib-gəlmədiyi açıqlanmır.

XS
SM
MD
LG