Accessibility links

Azərbaycanda xarici QHT-lər və siyasi partiyalarla bağlı tələblər sərtləşdirilir


Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanun qəbul edib
Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanun qəbul edib

Milli Məclis qanunvericiliyə yeni dəyişiklikləri müzakirə edəcək

Azərbaycanda xarici qeyri-hökumət təşkilatlarının (QHT) Azərbaycandakı nümayəndəliyi və ya filialı ilə bağlı qanunvericiliyə yeniliklər edilir.

APA agentliyinin məlumatına görə, sentyabrın 16-da Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu və sosial siyasət komitələrinin birgə keçirdiyi iclasda bu barədə müzakirə aparılıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunun 16.10-cu maddəsinə edilən dəyişiklik xarici QHT-nin digər təşkilatla birləşdiyi, qoşulduğu və özü bölündüyü, həmçinin təşkilatın hüquqi forması dəyişdiyi halda onun Azərbaycan ərazisindəki filialı və nümayəndəliyinin ləğvini nəzərdə tutur.

Digər dəyişiklik isə istənilən xarici QHT-nin Azərbaycanda yalnız bir nümayəndəliyinin və yaxud filialının açılmasına icazə verir.

Qanuna yeni əlavə olunan dəyişikliklərdə həmçinin Azərbaycanda fəaliyyət göstərən xarici QHT-nin nümayəndəliyi və yaxud filialının yerli icra orqanına təqdim etdiyi Əsasnaməsində öz hüquqi ünvanı, fəaliyyətinin predmeti və ona rəhbərlik edəcək şəxsin səlahiyyətlərini və səlahiyyət müddətini, rəhbər müavininin təyin edilməsi barədə sənədi təqdim etməlidir.

Bu qurumlar onlara verilmiş tapşırıqlar, göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılması, yaxud bərpa edilməsi, o cümlədən ləğv edilibsə, təşkilatın əmlak məsələləri barədə məlumatları da yerli müvafiq icra orqanına təqdim etməlidir.

Dəyişikliklər Milli Məclisin plenar cilasına tövsiyə olunub.

Trend agentliyinin məlumatına görə isə Ә.Hüseynli həmçinin deyib ki, "Siyasi partiyalar haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, siyasi partiyaların üzvlük haqqı onların nizamnamələrində aydın şəkildə göstərilməlidir.

Bununla yanaşı, siyasi partiyalara verilən ianələrin yuxarı həddi də müəyyən edilib. Siyasi partiyalara bir il ərzində ən çoxu 10 min manat ianənin verilməsi nəzərdə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG