Accessibility links

Avropa Məhkəməsi Azərbaycana qarşı daha 3 işin kommunikasiyasına başlayıb


Avropa Məhkəməsi
Avropa Məhkəməsi

2010-cu ilin parlament seçkiləri ilə bağlı Avropa Məhkəməsi ilə Azərbaycan Höküməti arasında daha 3 iş üzrə kommunikasiya başlayıb.

Hüquq Maaifçiliyi Cəmiyyətinin məlumatına görə bunlar 79 saylı İmişli Seçki Dairəsi üzrə Tariel Şirinlinin (müstəqil namizəd), 11 saylı Qaradağ Seçki Dairəsi üzrə Bəybala Əbilin (Klassik Xalq Cəbhəsi Partiyası) və 43 saylı 3-cü Sumqayıt Seçki Dairəsi üzrə İbrahim Əhmədzadənin (müstəqil namizəd) şikayətləri üzrə işlərdir.

İ.Əhmədzadənin və T.Şirinlinin şikayətləri namizədliklərin qeydiyyatından imtina, B.Əbilovun şikayəti isə onun qeydiyyata alınmış namizədliyinin ləğvi ilə bağlıdır.

Avropa Məhkəməsi hökümət qarşısında qoyduğu sualları cavablandırmaq üçün 2014-cü ilin dekabrın 18-nə qədər vaxt verib.

İntiqam Əliyev avqustun 8-də həbs edilən zaman Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi onun rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) ofisində, yaşadığı mənzildə axtarış apardığı zaman ittihama aidiyyatı olan və olmayan bütün sənədləri, o cümlədən İ.Əliyevin həm fərdi qaydada, həm də HMC-nin xətti ilə aparılan bütün məhkəmə işlərinin materiallarını heç bir rəsmiləşdirmə aparmadan qovluq-qovluq, kisələrə doldurub aparıb.

Həmin işlərin arasında Avropa Məhkəməsinin icraatında olan 100-dən çox şikayət, o cümlədən 2010-cu ilin parlament seçkiləri ilə bağlı 40-dan çox şikayət üzrə məhkəmə işlərinin materialları var.

Prokurorluq HMC-nin ofisindəki və yaşadığı mənzildəki bütün kompyuterlər və digər informasiya daşıyıcılarını da apardığından şikayətçilər və onların vəkili faktiki olaraq əliyalın qalıb.

İ.Əliyevin və vəkillərinin HMC-nin ofisində və mənzilində axtarış aparılan zaman götürülən məhkəmə işlərinin materiallarını qaytarılması barədə vəsatətlərini rədd edən istintaq orqanının qərarından verdikləri şikayətə Nəsimi rayon məhkəməsi sentyabrın 12-də baxaraq onu rədd edib.

Məhkəmə bu məhkəmə sənədlərinin İ.Əliyevə elan edilmiş ittihama heç bir aidiyyatı olmadığı barədə müdafiə tərəfinin arqumentlərini prokurorluğun arqumentlərinə istinad etməklə rədd edib.

İ.Əliyev artıq Avropa Məhkəməsinə vəkil dosyelərinin qanunsuz olaraq götürülməsi və sənədlərin yoxluğu səbəbindən kommunikasiyada yarana biləcək problemlər barədə məlumat verib.

İntiqam Əliyev qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətiimkan tədbiri seçib.

“Amnesty International” onu “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG