Accessibility links

Leyla Yunus, İntiqam Əliyev və Rəsul Cəfərovun Saxarov mükafatına namizədliyi irəli sürülüb


Leyla Yunus, İntiqam Əliyev və Rəsul Cəfərovun Saxarov mükafatına namizədliyi irəli sürülüb
Leyla Yunus, İntiqam Əliyev və Rəsul Cəfərovun Saxarov mükafatına namizədliyi irəli sürülüb

Hər üç hüquq müdafiəçisi həbsdədir və vicdan məhbusu elan edilib

Avropa Sabitlik Təşəbbüsü üç azərbaycanlı hüquq müdafiəçisini Avropa Parlamentinin Saxarov adına mükafatına namizəd irəli sürüb.

Leyla Yunus, Rəsul Cəfərov və İntiqam Əliyevin bu mükafata namizədliyi insan hüquqları, demokratiya və əsas azadlıqların müdafiəsi işində böyük xidmətlərinə görə irəli sürülüb.

Avropa Sabitlik Təşəbbüsünün press-relizində hər bir namizədin konkret fəaliyyət sahəsi və xidmətləri sadalanır. Hər üç hüquq müdafiəçisinin ölkədə özbaşınalığa, korrupsiyaya, insan hüquqlarının pozulmasına qarşı mübarizə cəhdlərinə görə Azərbaycan hakimiyyəti tərəfindən repressiyaya məruz qaldığı vurğulanır.

“Onları Saxarov adına mükafata namizəd irəli sürməklə Avropa Parlamenti Azərbaycan hakimiyyətinə aydın mesaj göndərib”, deyə press-relizdə qeyd edilir.

1988-ci ildə Avropa Parlamenti tərəfindən təsis edilmiş Saxarov adına mükafat hər il insan hüquqları, demokratiyanın inkişafı və qanunun aliliyi, azlıqların hüquqlarının müdafiəsi sahəsində nailiyyətlərə görə təqdim edilir.

Qalib haqqında qərar ilin sonunda qəbul ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG