Accessibility links

Türkiyənin Uşak şəhərində Azərbaycan vətəndaşlarının olduğu avtomobil qəzaya uğrayıb


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Qəza nəticəsində üç nəfər həlak olub, üç nəfər yaralanıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Uşak şəhərində Azərbaycan vətəndaşlarının ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev məlumat yayıb.

Məlumata görə Türkiyə Respublikasının Uşak şəhəri dairəsində içərisində Azərbaycan vətəndaşlarının olduğu avtomobil səhər saatlarında yol qəzasına düşüb.

Qəza nəticəsində avtomobilin içərisində olan 6 nəfərdən üçü – Anar Musayev, Ülvi Sadiqov, Elvin Hüseynov həlak olub, digər üç nəfər – Əli Kərimli, Mayıs Həsənov, Muğdat Talıblı isə yaralanıb.

Yaralanan şəxslərin vəziyyəti orta-qənaətbəxş hesab olunur. Bu şəxslər Türkiyənin Uşak Universitetinin 1 və 2-ci kurs tələbələridirlər.

Uşak şəhəri Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunun ərazisinə daxil olduğundan Baş konsulluq tərəfindən zəruri tədbirlər görülüb.

Hazırda Baş konsulluq tərəfindən Türkiyənin hüquq-mühafizə orqanları və səhiyyə xidməti ilə lazımi təmaslar davam etdirilir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də bu barədə məlumat verilib. İlkin araşdırma zamanı bu şəxslərin dövlət hesabına təhsil almadıqları müəyyən edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG