Accessibility links

Strasburqda “Azərbaycanda görünməmiş repressiyalar” mövzusunda dinləmələr olacaq

AŞPA
AŞPA

Oktyabrın 2-də AŞPA-nın payız sessiyası çərçivəsində Strasburqda Avropa Sarayının zallarının birində “Azərbaycanda görünməmiş repressiyalar” mövzusunda dinləmələr olacaq.

Tədbirin təşkilatçıları beynəlxalq QHT-lər, - Mediaya Beynəlxalq Dəstək  (International Media Support ), İnsan Hüquqları Evi Fondu (HRHF)  Article 19, Human Rights Watch və digər təşkilatlarlardır.

Bu təşəbbüsü AŞPA üzvləri Maylis Reps (Estoniya), Tini Koks (Niderland), Maykl Maknamara (İrlandiya) və Piter Omtziqt (Niderland) dəstəkləyiblər.

Məruzəçilərdən biri araşdırmaçı jurnalist Xədicə İsmayıldır. O, ölkədə 98 siyasi məhbusun olması barədə məlumat verəcək.

Mediaya Beynəlxalq Dəstək (IMS) nümayəndəsi Gülnarə Axundova KİV və QHT-lərin hüquqlarının pozulmasından danışacaq.

Freedom Now-dan Maran Terner siyasi məhbuslar problemi üzrə hüquqi analizin icmalını təqdim edəcək.

Human Rights Watch təşkilatından Georgi Qoqiya Azərbaycanda insan hüquqları sahəsində vəziyyətdən danışacaq,  HRW-nin rəyini təqdim edəcək..

Article 19-dan Natali Losekut Azərbaycada söz azadlığı və jurnalistlərin vəziyyəti haqda hesabatı təqdim edəcək.

İnsan Hüquqları Evi Fondundan Florian İrminger Avropa Şurası ilə əməkdaşlıq edən hüquq müdafiəçilərinə qarşı təzyiqlərdən, Avropa Şurasının atmalı olduğu addımlardan danışacaq.

XS
SM
MD
LG