Accessibility links

Əli Həsənovdan Anar Məmmədliyə «Vaclav Havel» Sülh Mükafatı verməsinə münasibət


Əli Həsənov
Əli Həsənov

Senyabrın 29-da üquq müdafiəçisi Anar Məmmədli dünən Vatslav Qavel adına nüfuzlu beynəlxalq mükafatın 2014-cü il üçün laureatı olub

"Azərbaycan hüquqi dövlətdir və vəzifəsindən, sosial statusundan, mövqeyindən asılı olmayaraq hər bir şəxs öz fəaliyyətini mövcud qanunvericilik çərçivəsində qurmağa borcludur.

Hüququn aliliyinin təmin edildiyi hər bir ölkədə olduğu kimi, Azərbaycanda da qeyri-qanuni əməllərə görə müvafiq cəza sanksiyaları nəzərdə tutulur və zərurət yarandıqda tətbiq edilir. O ki qaldı qanunu pozmuş və məsuliyyətə cəlb olunmuş insanların xarici dairələr tərəfindən müdafiə olunmasına, həmçinin onların «mükafatlandırılması» məsələsinə, bunun çox sadə izahı var".

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bu sözləri APA agentliyinə müsahibəsində bildirib.

O, həmin müsahibədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, hazırda həbsdə olan Anar Məmmədliyə AŞPA-nın «Vaclav Havel» Sülh Mükafatı verməsinə münasibətini açıqlayıb.

Ə.Həsənov hesab edir ki, belə addımlar bəlli xarici dairələrin maliyyələşdirdiyi, onların sifarişlərini yerinə yetirən və dövlətin müstəqil siyasətinə təsir vasitəsi rolunu oynayan «5-ci kolon»u qorumaq məqsədi güdür. O, daha sonra deyib:

"Eyni zamanda, hüquq müdafiəsi adı altında fəaliyyət göstərən müxtəlif xarici təşkilatların heç də müstəqil olmadıqlarını və konkret tapşırıqlar icra etdiklərini açıq göstərir.

Buna görə də konkret cinayət əməli törətdiklərinə görə məsuliyyətə cəlb olunmuş, ciddi ictimai qınaq obyektinə çevrilmiş həmin insanları müdafiə etmək məqsədi güdən bəyanatlar, açıqlamalar, habelə bu tipli «mükafatlandırma» tədbirləri, ilk növbədə, onların və havadarlarının əsl simasını ifşa edir. Azərbaycan ictimaiyyəti bütün bunları görür və lazımi qiymətini verir".

Həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədli dünən Vatslav Qavel adına nüfuzlu beynəlxalq mükafatın 2014-cü il üçün laureatı olub.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 17 dekabr 2013-cü ildə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vergilərdən yayınma ittihamı ilə 5.5 il müddətinə azadlıqdan məhrum edib.

Amnesty İnternational Anar Məmmədlini vicdan məhbusu elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG