Accessibility links

Hüquq müdafiəçisi Rəsul Cəfərov Human Rights Tulip mükafatına namizəddir


Rəsul Cəfərov:
Rəsul Cəfərov:

R.Cəfərovla yanaşı müxtəlif ölkələrdən 29 nəfər mükafatı almaq üçün təqdim edilib

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun beynəlxalq Human Rights Tulip mükafatına namizədliyi irəli sürülüb.

Təşkilatın məlumatında bildirilib ki, 2012-ci ilin dekabrında R.Cəfərov “Demokratiya naminə incəsənət” kampaniyasını təşkil edib.Gəncləri ədalətin müdafiəsinə çağırır.

R.Cəfərovla yanaşı müxtəlif ölkələrdən 29 nəfər mükafatı almaq üçün təqdim edilib.

Qalib seçimi bir neçə mərhələdə keçirilir. Birinci mərhələdə İnternet istifadəçiləri bəyəndikləri namizədə səs verirlər. Sonra müstəqil Münsiflər Heyəti öz seçimini edir. Yekun qərar Niderland XİN tərəfindən qəbul edilir. İctimai səsvermə oktyabrın 10-dək keçirilir.

Human Rights Tulip mükafatı 2007-ci ildə Niderland XİN tərəfindən təsis edilib. Mükafat hər il insan haqları uğrunda aparan hüquq müdafiəçilərinə və ya təşkilatlara verilir.

Mükafatın verilməsi mərasimi dekabrın 9-da Haaqada olacaq.

Rəsul Cəfərov avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifaddəə ittiham olunur.

Amnesty International onu “vicdan məhbusu” kimi tanıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG