Accessibility links

Araşdırmaçı jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulub


Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və jurnalist Xədicə İsmayıl
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və jurnalist Xədicə İsmayıl

O,oktyabrın 12-də “Forum 2000” konfransında iştirak üçün Praqaya yola düşəcəkmiş

Araşdırmaçı jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulub.

Bu barədə jurnalist özünün facebook səhifəsində yazıb.

"Mənə dedilər ki, Baş Prokurorluq ölkədən çıxışıma qadağa qoyub”, - deyə Xədicə İsmayıl deyib.

Jurnalist Xədicə İsmayıl bildirib ki, oktyabrın 12-də “Forum 2000” konfransında iştirak üçün Praqaya yola düşəcəkmiş.

Xədicə İsmayıl hesab edir ki, Baş prokurorluq tərərfindən edilən qadağa Elman Həsənovun şikayəti üzrə keçirilən məhkəmə ilə bağlı edilə bilməz.

"Mən Ağır Cinayətlərə Dair İşlər üzrə İdarəsində yeni sorğu dalğasını

gözləyirəm" deyə facebook səhifəsində qeyd edib.

Oktyabrın 13-də Binəqədi rayon məhkəməsində Elman Həsənovun (Türkoğlu) jurnalist Xədicə İsmayılovaya qarşı iddiası üzrə iclas davam edəcək.

İddia keçmiş KXCP fəalı Elman Həsənov tərəfindən qaldırılıb. O, jurnalisti böhtanda, şərəf və ləyaqətinin təhqir edilməsində ittiham edir. İddiaçının versiyasına görə, jurnalist Milli Təhlükəsizlik Nazirliyinin Həsənovun gizli casus olması barədə məxfi sənədini yayıb.

İsmayılova məhkəmədə qeyd edib ki, MTN-in məktubunda jurnalistin Həsənovun adı keçən mətn yaymasının heç bir sübutu yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG