Accessibility links

Arif Yunusun həbs müddəti daha 4 ay uzadılıb


Arif Yunus
Arif Yunus

O cinayət işi saxta və siyasi motivli olduğunu bildirib

Bu gün Nəsimi Rayon Məhkəməsi Sülh və Demokratiya İnstitutunun əməkdaşı, dövlətə xəyanətdə ittiham olunan Arif Yunusun həbs müddətini daha 4 ay ( 2015-ci il martın 15-dək) uzadıb. Bu barədə vəkil Xalid Bağırov bildirib.

Onun sözlərinə görə, istintaq həbs müddətinin uzadılmasını istintaq hərəkətlərinin aparılmasının, çoxsaylı şahidlərin dindirilməsinin, ekspert rəylərinin alınmasının vacibliyi və çox güman ki, A.Yunusun istintaqdan gizlənə bilməsi ehtimalı ilə əsaslandırıb.

A.Yunus özü bildirib ki, ona qarşı cinayət işi saxtadır və siyasi motivlidir.

Bununla yanaşı müdafiə tərəfi həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb.Vəsatətə nə zaman baxılacağı hələlik bəlli deyil.

Arif Yunusun xanımı Leyla Yunus iyulun 30-da, Arif isə avqustun 5-də həbs olunub. Onlar dövlətə xəyanətdə və bir sıra digər cinayətlərin törədilməsində ittiham olunurlar.

Amnesty International təşkilatı onları “vicdan məhbusları” kimi tanıyıb.

Beynəlxalq təşkilatlar Arif və Leyla Yunusun azadlığa buraxılmasını tələb edib.

XS
SM
MD
LG