Accessibility links

Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus helikopter vurulub


Azərbaycan Silahlı Qüvvələrinin vurduğu helikopter
Azərbaycan Silahlı Qüvvələrinin vurduğu helikopter

Helikopterinin qalıqları cəbhə xəttindən 500 metr qarşıdakı əraziyə düşüb

Noyabrın 12-də yerli vaxtla saat 13.45 radələrində Ermənistan-Azərbaycan cəbhəsinin Azərbaycanın Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək Azərbaycan mövqelərinə hücum edib.

Azərbaycan Silahlı Qüvvələrinin vurduğu helikopter
Azərbaycan Silahlı Qüvvələrinin vurduğu helikopter

Azərbaycan Müdafiə Nazirliyinin mətbaut xidmətinin məlumatına görə, açılan cavab atəşi nəticəsində helikopter vurulub.

Müdafiə Nazirliyi itkilər barədə açıqlama verməyib.

Hazırda vurulan helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistanın Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür uçuşlar həyata keçirir.

Öz növbəsində Ermənistan mediası Dağlıq Qarabağdakı hərbi komandanlığa istinadən hərbi helikopterin vurulduğunu və 3 nəfərin həlak olduğunu təsdiq edib.

XS
SM
MD
LG