Accessibility links

Azərbaycan Müdafiə Nazirliyi: Dağlıq Qarabağ üzərində razılaşdırılmamış aviauçuşlar dərhal məhv ediləcək


Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi

Nazirlik Ağdam üzərində vurulan hərbi helikopterlə bağlı hərbi attaşelərə məlumat verib

Noyabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanda akkreditə olunmuş 13 ölkənin hərbi attaşesinə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan Silahlı Qüvvələrinə məxsus helikopterinin vurulması ilə bağlı məlumat verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov və Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı bildirib ki, Azərbaycan tərəfinin dəfələrlə beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulduğunu, bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşlar hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcəyi və hava sərhədlərini pozanlara qarşı Azərbaycan hərbi aviasiyası və hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal məhv ediləcəyi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Ermənistan Silahlı Qüvvələrinin helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərə hücum edib.

Ermənistanın Mi-24 tipli döyüş helikopteri "İQLA" daşınan zenit raket kompleksi ilə məhv edilib.

“Helikopterin həlak olan ekipajı heç də qondarma Dağlıq Qarabağın deyil, Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularıdır”, məlumatda qeyd edilir.

Xatırladaq ki, Ermənistan tərəfi hərbi helikopterin Dağlıq Qarabağa məxsus olması ilə bağlı məlumat yayıb.

Buna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi bildirir:

“Azərbaycanın işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin Yerevan yaxınlığındakı "Erebuni" hərbi aerodromunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur. Həmişə olduğu kimi yenə də Ermənistan tərəfi riyakarlıqdan əl çəkmir və Mi-24 döyüş helikopterini və həlak olan hərbi qulluqçuları qondarma Dağlıq Qarabağın hərbi qulluqçuları kimi təqdim etməyə çalışır.

Halbuki məhv edilən Mi-24 döyüş helikopterinin ekipaj üzvlərinin hər 3 üzvü Ermənistan Hərbi Hava Qüvvələrinin zabitidir”.

Azərbaycan Müdafiə Nazirliyi bir daha rəsmi olaraq bildirir ki, “beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş Dağlıq Qarabağ üzərində həyata keçirilən bütün razılaşdırılmamış aviauçuşlar Azərbaycanın hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcək və belə hal baş verdikdə ən müasir vasitələrə malik Azərbaycan Hərbi Hava Qüvvələri həmin hava hədəflərini dərhal məhv edəcək”.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG