Accessibility links

Əjdər Tağızadə: Ruhani “Araz”dan danışır - Azərbaycan öz “Araz” yarasını sağaltmalıdır [Video-müsahibə]


Əjdər Tağızadə: Ruhani “Araz”dan danışır - Azərbaycan öz “Araz” yarasını sağaltmalıdır
please wait

No media source currently available

0:00 0:06:34 0:00

Əjdər Tağızadə: Ruhani “Araz”dan danışır - Azərbaycan öz “Araz” yarasını sağaltmalıdır

DAK Daimi Şurasının sədrinin Amerikanın Səsinə müsahibəsi

Dünya Azərbaycanlıları Konqresi Daimi Şurasının sədri Əjdər Tağızadə Amerikanın Səsinə müsahibəsində İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərinin İranda yaşayan azərbaycanlıların dil və mədəni hüquqları ilə bağlı problemlərinə təsirlərindən danışıb.

Amerikanın Səsi: İran prezidentinin Azərbaycana səfəri İranda yaşayan azərbaycanlıların dil, mədəniyyətlə bağlı problemlərinin həllinə kömək edə bilərmi?

Nədəndir ağayi Ruhani belə söhbət edir? Axı orada qərar verən ağayi Ruhani deyil.

Əjdər Tağızadə: Belə iş ola bilməz. Çünki İran islam rejiminin 35 illik hakimiyyəti dönəmində millətlərə, özəlliklə Azərbaycan türklərinə bir şey verilməyib. Baxmayaraq ki, konstitusiyalarında 15-ci, 27-ci maddə var, ona əməl etməyiblər (İran konstitusiyasının bu maddələri dil və mədəniyyət azadlıqlarını təsdiq edir - red). Hətta Tehran rejiminin müxalifəti də bu məsələni dəfələrlə qaldırmaq istəyib, amma bunu etməyiblər. Nədəndir ağayi Ruhani belə söhbət edir? Axı orada qərar verən ağayi Ruhani deyil. Qərar verən üzdəki dövlət deyil. İran adlanan yerdə indi hamı bilir ki, dərin dövlət var. Yaxşı, onda prezident Obama niyə o 4 dənə məktubu ağayi Xomneyiyə yazır? Prezident varsa, əgər bunun ixtiyarı varsa, konstitusiyanı icra etməyə gücü çatırsa məktublar niyə ona yazılmır? Yəni mən oradan dəlil gətirdim ki, qərarı dərin dövlət verir, Xomneyi verir. Orada da Xomneyi deyibdir ki, İran adlanan yerdə millət yox, ümmət vardır. Yəni burada xalqlar söhbəti getmir.

Amerikanın Səsi: Amma, bununla yanaşı İran prezidenti Azərbaycana səfəri zamanı sətiraltı olsa da Azərbaycan məsələsinə, İrandakı azərbaycanlılar məsələsinə toxunub. O deyib: “Biz o Arazı qəbul edirik ki, bu, hər iki ölkənin inkişafının çiçəklənməsinə töhfə vermiş olur”. Amma, Azərbaycan prezidenti bunun müqabilində hər hansı bəyanat verməyib. Bu bəyanatı necə izah edərdiniz?

Məsələ budur ki, bu Araz Azərbaycanı parçalayıb, bu rusun əli ilə olub. İndi bu millət bunu istəmir. Yəni o açıqcasına deyir ki, siz qoymayın ki, Azərbaycanın quzeyindən, Azərbaycan Cümhuriyyətindən güneydə əsarətdə olan 35 milyon azərbaycan türkünə bir xeyr gəlsin, mənəvi, maddi bir xeyir olsun. Biz də orada o əsarətdə saxladıqlarımızı kəsək, vuraq, asaq, tökək, öldürək.

Əjdər Tağızadə: Sonuncu bəyanat ki, prezidentlər ona qol çəkiblər. Üçüncü maddəsində hər şey açıqca görünür. Ağayi Ruhaninin Azərbaycana bu dəfəki səfəri, baxmayaraq ki, orada iqtisadi əlaqələrdə 10 milyarddan söhbəti gedir, - əgər bir məmləkətin dövləti orada işçilərinin maaşını verə bilmir, onlar özləri açıqcasına deyirlər kassaları boşdur, heç bir şey yoxdur. Orada yüz milyardlarla oğurluq və talanma vardır, necə edə biləcək ki, Azərbaycana xeyri gəlsin? Belə bir zamanda, doğuda, yəni bu bölgədə millətlər qalxır və Avropadan da başqa səslər gəlir ki, Kataloniyada, Basklarda, Şotlandiyada millətlər qanun daxilində öz azadlılarını istəyir. Belə zamanda ağayi Ruhani gəlir buraya ki, Azərbaycan hökumətini bir türlü dilə tutsun. Yəni Arazın açıq bir mənası var. Araz bir milləti ikiyə bölüb. Məsələ budur ki, bu Araz Azərbaycanı parçalayıb, bu rusun əli ilə olub. İndi bu millət bunu istəmir. Yəni o açıqcasına deyir ki, siz qoymayın ki, Azərbaycanın quzeyindən, Azərbaycan Cümhuriyyətindən güneydə əsarətdə olan 35 milyon azərbaycan türkünə bir xeyr gəlsin, mənəvi, maddi bir xeyir olsun. Biz də orada o əsarətdə saxladıqlarımızı kəsək, vuraq, asaq, tökək, öldürək.

Amerikanın Səsi: Fikrinizcə son on illiklər Azərbaycana gəlmiş İrandan olan çoxsaylı azərbaycanlılar Azərbaycan Respublikasında niyə qalmır? Onlar ölkəni niyə tərk edir?

Amma, heç olmasa biz o İraqın quzeyində olan “dövlət”i deyirəm, Kürdüstan, Ərbildə oturan dövləti deyirəm. Kürdlərin hamısına qucaq açıb. Heç olmasa onun yarısı qədər Azərbaycan da güneylilərə, əsarətdə olan dili kəsilən, azadlıqları, hüquqları pozulan insanlarımıza Azərbaycan dövləti əməldə, qanun çərçivəsində qucaq açmalıdır.

Əjdər Tağızadə: Demək olar ki, bu Tovuz quşunun əhvalatı kimi bir şeydir. Azərbaycanda hər gözəllik olsa da yenə Tovuz quşu kimi qıçına baxanda görməlidir ki, çatışmamazlıqları nədir. Dəfələrlə Azərbaycan prezidentləri, İlham Əliyev də deyib ki, Azərbaycan bütün azərbaycanlıların vətənidir, 50 milyonluq azərbaycanlıların vətənidir. Bunu Heydər Əliyev də, Əbülfəz Elçibəy də deyib. Amma, əməldə nədir? Hanı status, hanı güneylilərin burada statusu? Əlbəttə, burada ikili hərəkət etmək olmaz. Ya Avropa yönümlü, Avropa Parlamentinin üzvü olan Azərbaycan dövlətiyik ki, insan haqları, qaçqınların məsələsi və s., ya da ki, Tehran yönümlü. İran adlanan yerdə xalqlara, millətlərə, insan haqlarına qarşı bir dövlət vardı. Oradan güneylilər canını götürüb qaçır öz vətəninə, Azərbaycana, müstəqil olmuş Azərbaycana. Amma, heç olmasa biz o İraqın quzeyində olan “dövlət”i deyirəm, Kürdüstan, Ərbildə oturan dövləti deyirəm. Kürdlərin hamısına qucaq açıb. Heç olmasa onun yarısı qədər Azərbaycan da güneylilərə, əsarətdə olan dili kəsilən, azadlıqları, hüquqları pozulan insanlarımıza Azərbaycan dövləti əməldə, qanun çərçivəsində qucaq açmalıdır. Bu halda dünya da onu bəyənəcək, 50 milyonluq azərbaycanlılar da onu bəyənəcək.

Amerikanın Səsi: İranda yaşayan azərbaycanlılarla, Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların mədəni, dil problemlərini necə həll etmək olar?

Bəs bu Azərbaycan türkü, 35 milyonun öz dili, öz mədəniyyəti yoxdurmu ki, bu da bir danışsın. Heç olmazsa Azərbaycanın quzeyində olan öz parçası ilə danışsın. Yəni bu Gülüstan, Araz yarasını sağaltsın.

Əjdər Tağızadə: Bu günlər mədəniyyətlərin qovuşmasından və yaxud türk birliyindən söhbət gedir. Zirvə görüşləri olur. Bu halda bəs, bu zirvə görüşlərində, türklərin zirvə görüşü, parlamenti, dil birliyi və yaxud Ruhani də gəlib burada söhbət edir ki, mədəniyyətlərin qovuşması, - Xatəmi də bir dönəm onu deyirdi. Bəs bu Azərbaycan türkü, 35 milyonun öz dili, öz mədəniyyəti yoxdurmu ki, bu da bir danışsın. Heç olmazsa Azərbaycanın quzeyində olan öz parçası ilə danışsın. Yəni bu Gülüstan, Araz yarasını sağaltsın. Bu millətin, - rahat, azad, firəvan və rifahda yaşamağa güneydəkilərin haqqı yoxdurmu?Bu günlərdə Azərbaycanın quzeyində də bəzi dırnaqarası ziyalılardan bəzi sözlər çıxır ki, İran adlanan yerdə hər şey yaxşıdır. Onun nəyi yaxıdır ki, hətta Əhməd Şəhidin (BMT-də İranda insan hüquqları üzrə məruzəçi) hesabatında da göstərilir ki, bu ölkədə ildə 900 nəfər edam olunur. Qadınlar gündə asılır. Xanım Cabbarının hələ qanı soyumayıb. Yəni qadınları asırlar, vururlar, döyürlər, sonra da qadın azadlığından, millətlərin haqqından danışırlar. Amma söhbət ondadır ki, bu günləri bir şey məlum məsələdir, bunu inkar etmək olmaz. 35 milyondan artıq Azərbaycan türkü, Azərbaycanın güneyində əsarətdədir, dili kəsilibdir, hüquqları pozulub, milli haqları, insan haqları pozulub, qadınların, uşaqların, fəhlə sinfinin, müəllimin haqqı pozulub. Onların bir dənə ümid yeri var, mənəvi dəstəyə ehtiyacı var, o da Azərbaycan Cümhuriyyəti, Azərbaycanın quzeyidir.

XS
SM
MD
LG