Accessibility links

Müdafiə naziri Zakir Həsənov Pakistanda səfərdədir


Müdafiə nazirinin Pakistan səfəri
Müdafiə nazirinin Pakistan səfəri

Z.Həsənovla Pakistan prezidenti Məmnun Husseyn arasında görüşün keçirilməsi gözlənilir

Pakistanda rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Rəşad Mahmud və bu ölkənin müdafiə naziri Xavaca Məhəmməd Asif ilə görüşlər keçirib.

Müdafiə nazirinin Pakistan səfəri
Müdafiə nazirinin Pakistan səfəri

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə görüşlərdə qarşılıqlı əməkdaşlıq və regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparılıb.

Tərəflər hər iki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı səmərəli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Noyabrın 19-da Müdafiə naziri Z.Həsənovla Pakistan prezidenti Məmnun Husseyn arasında görüşün keçirilməsi gözlənilir.

Səfər noyabrın 19-da başa çatacaq.

XS
SM
MD
LG