Accessibility links

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb


Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Görüş Bazel şəhərində olub

Xarici Işlər naziri Elmar Məmmədyarov Bazeldə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Piyer Andre və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kasprşik ilə görüşüb.

XİN-nin mətbuat xidmətinin məlumatına görə görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin qarşıdan gələn ildə bu istiqamətdə plan və təklifləri ətrafında ümumi müzakirələr aparılıb.

Nazir Elmar Məmmədyarov münaqişənin həllinə dair Azərbaycanın mövqeyini bir daha səsləndirərək vurğulayıb ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmalıdır.

XS
SM
MD
LG