Accessibility links

Devid Lidinqton: Xədicə İsmayılovanın işi jurnalistlərin sistematik hədəfə alınmasının davamıdır


Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqton
Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqton

Bu barədə nazir bloqunda yazır

Beynəlxalq İnsan hüquqları gününə toxunan Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri David Lidington bloqunda Azərbaycanda olan insan haqlarına da yer ayırıb.http://blogs.fco.gov.uk/foreignofficehumanrights/2014/12/10/david-lidington-blogs-for-human-rights-day-freedom-of-expression-and-the-media-overseas/

“Ötən ay mən Azərbaycana səyahət elədim. Hansı ki, bu ölkədə ifadə azadlığına və mediaya təhdidlər qalır. Xədicə İsmayılovanın işi jurnalistlərin sistematik hədəfə alınmasının davamıdır. Lakin Azərbaycan müstəqil media azadlığını pozan ölkələr sırasında tək də deyil“, o bildirib.

David Lidington daha sonra media azadlığının pozulduğu digər ölkələrdən danışır.

O, daha çox jurnalistlərin təhlükəsizliyi, müstəqil KİV və alternativ səslərin məhdudlaşdırıldığı Rusiyaya toxunaraq, bu ölkədə ciddi narahatlığın davam etdiyini qeyd edib.

Bununla belə Lidinqton Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Qırğızıstanın adını çəkərək onları qismən azad hesab olunduğunu və regionda bəzi müsbət inkişafların baş verdiyini yazıb.

XS
SM
MD
LG