Accessibility links

İlham Əliyev Fransua Ollanda başsağlığı verib


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Fransa prezidenti Fransua Olland ölkədə üçgünlük matəm elan edilib

Prezident İlham Əliyev fransalı həmkarı Fransua Ollanda Parisdə terror aktı nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib.

Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, Parisdə törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı. Bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını hər cür dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

Fransa prezidenti Fransua Olland ölkədə üçgünlük matəm elan edilib.

XS
SM
MD
LG