Accessibility links

Əli Həsənovun siyasi partiyalarla görüşü başlayıb


Əli Həsənovun siyasi partiyalarla görüşü başlayıb
Əli Həsənovun siyasi partiyalarla görüşü başlayıb

Görüş Prezident Administrasiyasının təşəbbüsü ilə keçirilir.

Fevralın 12-də Beynəlxalq Mətbuat Mərkəzində Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun siyasi partiya nümayəndələri ilə görüşü başlayıb.

Görüş Prezident Administrasiyasının təşəbbüsü ilə keçirilir.

Həsənovla yanaşı, görüşdə onun müavini Tahir Süleymanov və həmin şöbənin sektor müdiri Elman Paşayev də iştirak edir.

Siyasi partiyaları Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Xalq Partiyasının sədri Pənah Hüseyn, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyev, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyev, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Azadlıq Partiyasının rəhbəri Əhməd Oruc, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Aydınlar Partiyasının rəhbəri Qulamhüseyn Əlibəyli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Kommunist Partiyasının sədri Rauf Qurbanov, Vahid Kommunist Partiyasının sədr müavini Musa Tukanov təmsil edirlər.

Görüşü açan Həsənov deyib ki, hazırki müzakirələrin, dekabrın 13-də keçirilmiş əvvəlki görüş kimi, konkret gündəliyi yoxdur. Onun sözlərinə görə, hakimiyyət istənilən mövzuları müzakirə etməyə hazırdır və növbəti görüşdə konkret məsələlərə baxıla bilər.

Öz növbəsində, Mirmahmud Mirəlioğlu partiyalar adından Həsənovdan mətbuat qarşısında əvvəlki görüşdə müxalifətin qaldırdığı məsələlərə hökumətin reaksiyası haqqında məlumat istəyib.

Lakin Həsənov imtina edərək, bu barədə mətbuatın iştirakı olmadan məlumat verəcəyini deyib.

Görüşdə iki aparıcı müxalifət Partiyasının – Xalq Cəbhəsi və Müsavat partiyalarının nümayəndələri iştirak etmir. AXCP dəvət almayıb, Müsavat isə görüşün gündəliyinin və formatının əvvəlcədən aydın olmaması ilə əlaqədar iştirakdan imtina edib.

XS
SM
MD
LG