Accessibility links

Apellyasiya məhkəməsi Arif Yunusu həbsdə saxlayıb [Video]


Apellyasiya məhkəməsi Arif Yunusu həbsdə saxlayıb
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Apellyasiya məhkəməsi Arif Yunusu həbsdə saxlayıb

Hakim Abid Abdinbəyovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsi (BAM) konfliktoloq Arif Yunusun həbs müddətinin avqustun 5-dək uzadılması ilə bağlı şikayətini təmin etməyib.

Vəkil Əfqan Məmmədov Amerikanın Səsinə bildirib ki, A.Yunus həbs müddətinin uzadılmasının və cinayət işinin özünün qanunsuz olduğunu bildirib.

A.Yunus Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun həbs müddətinin uzadılması barədə qərarın qəbulunda xüsusi canfəşanlıq göstərdiyini deyib.

Vəkil həbs müddətinin uzadılmasını əsassız və ədalətsiz hesab edir.

İstintaq bunu onunla izah edib ki, müttəhim azadlıqda qalarsa “şahidlərə təsir göstərmər nüfuzundan isifadə edərək istintaqdan yayına bilər”.

Vəkil həmçinin qeyd edib ki, A.Yunusa qarşı heç bir istintaq hərəkətləri aparılmır.

Onun həbsdə saxlanması səhhətinə mənfi təsir göstərir. Belə ki, A.Yunus həbsdən öncə hipertonik böhran keçirib və ürək-damar xəstəliklərindən əziyyət çəkir.

*A.Yunus 2014-cü il avqustun 5-də - həyat yoldaşı hüquq müdafiəçisi Leyla Yunusun həbsindən bir qədər sonra həbs olunub. Onlar Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar.

Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkiları onları “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG